Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

ATU ilə UNEC arasında əməkdaşlıq əlaqələri genişləndirilir
Dərc edən: Admin Tarix: 2017-01-09

Bir müddət əvvəl Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında imzalanan əməkşadlıq müqaviləsinə əsasən iki ali təhsil müəssisəsinin müxtəlif istiqamətlərdə əlaqələri genişləndirilir. Bu qəbildən olan tədbirlər çərçivəsində UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədovun ATU-nun professor-müəllim heyəti ilə görüşü keçirilib. “Elm və təhsilin sintezi: dünya təcrübəsi və aktual meyillər” mövzusunda çıxış edən qonağın səsləndirdiyi mülahizələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Çıxışına universitet sisteminin tarixi inkişafı haqqında məlumat verməklə başlayan prefossor Zahid Məmmədov klassik və çağdaş ali təhsil ocaqlarının elm və təhsilə yanaşmasında ortaya çıxan əsas prinsip fərqlərindən danışıb. O, qeyd edib ki, müasir dövdrə ali təhsil müəssisələri qarşısında duran əsas vəzifələrdən biri elmi tədqiqat istiqamətinə geniş yer verməkdir. Çünki, məhz bu halda universitetlərdə tədris və elmi tədqiqat fəaliyyətinin inteqrasiyası, tədqiqat mədəniyyətinin inkişafı, milli elmi tədqiqat işlərinin keyfiyyətinin yüksəlməsi və əldə edilən uğurları beynəlxalq ictimaiyyətə tanıdılması mümkün olur.

Azərbaycanlı tədqiqatçı alimlərin məqalələrinin beynəlxalq elmi nəşrlərdə dərc edilməsinin əhəmiyyəti haqqında da danışan Zahid Məmmədov bu sahə üzrə ən nüfuzlu mənbələrlə iş qurmağın yolu və faydaları haqqında fikirlərini bölüşüb. O, qeyd edib ki, eyni zamanda Azərbaycanda da beynəlxalq statusa malik konfransların keçirilməsi və beynəlxalq elm ictimaiyyətinin bu tədbirlərdə iştiraka sövq edilməsi üzərində iş getməli, yerli intellektual potensialın inkişaf etdirilməsi üçün bu tədbirlərdə Azərbaycan alimlərinin iştirak kvotası 50% həcmində müəyyənləşdirilməlidir.

Professor Zahid Məmmədov daha sonra UNEC-də professor-müəllim heyətinin əməyinin qiymətləndirilməsində tətbiqinə başlanan diferensial hesablama sistemi haqqında məlumat verib, yeni üsulun effektivliyini və digər universitetlərdə də tətbiqinin faydalı olacağını diqqətə çatdırıb. Səsləndirilən mülahizələr ətrafında qonaq məruzəçi və ATU-nun professor-müəllim heyətinin üzvləri arasında fikir mübadiləsi aparılıb.

 

 
Top
  • Developed by: Ayaz Askerov