Əmiraslanova Niyar İsmayıl qızı - 1960 –cı ilyanvar ayının 20-də Goranboy rayonunun Gurzalılar kəndində anadan olmuşdur.
1977-cüildəGəncə (Kirovabad) şəhər 43saylı orta məktəbi bitirmişdir.1977-ci ildə Ç.İldırım adina Azərbaycan Politexniki İnsititunun Kirovabad ( indiki Gəncə) filialının“Mexanika fakültəsinin” Yeyinti İstehsalının maşın və aparatları- ixtisasına qəbul olunmuşdur.1982-ci ildə Azərbaycan Texnoloqiya Universitetini fərqlənmə diplomu ilə bitirərək “ Yeyinti İstehsalının maşın və aparatları ixtisası üzrə mühəndis-mexanik” adnı almışdır.
1982-ci ildəGəncə ş. “Çörək –Qənnadı istehsalat birliyində “ mühəndis –mexanik vəzifəsinə işə qəbul olunmuşdur.1984-cü ildə Kiyev ş. “ Qirmizi Əmək Bayrağı Ordenli Qida İstehsalınınTexnologiyası İnstitununda istehsaldan ayrılmaqla aspiranturayadaxil olmuş və 1992-ci ildən 05.18.12 ixtisası-Yeyinti İstehsalının prosesləri, maşınları və aqreqatları” ixtisası üzə texnika elmləri namizədi adını almışdır.
1987-ci ildən Gəncə ş. Azərbaycan Texnologiya İnstitinda – “Toxuculuq və yeyinti maşınları “kafedrasında - assistent vəzifəsində,1992- baş müəllim vəzifəsində ,1997-ci ildən “Yeyinti istehsalının prosesləri və avadanliqları” kafedrasında dossent vəzifəsindəvə hal –hazirda“Yüngül sənaye mühəndisliyi və logistika “ fakültəsində Elmi işlər üzrə dekan müavini vəzifəsində işləyir.
Üç dərs vəsaitinin,müəlliflik şəhadətnaməsi, iki praktikum ,75-dən artıqelmi məqalə,metodik göstəriş və proqramların müəllifidir.Elmi əsərləri Rusiya,Belorusiya,Ukrayna, Bolqariya, Azərbaycanın və digər xarici ölkələrin yüksək indeksli ,nüfuzlu jurnalarında nəşr olunmuşdur.