Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Turizm ixtisasının tələbələri üçün panel müzakirə təşkil edilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən Regional nümayəndəliyi tərəfindən Azərbaycan Texnologiya Universitetinin turizm ixtisasının tələbələri üçün
 “Regionlarda ekoturizmin inkişafı və turizm sahəsində karyera perspektivləri” mövzusunda panel müzakirə təşkil edilib.

Spiker qismində Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, Azərbaycan Texnologiya Universitetinin Ətraf mühitin mühafizəsi kafedrasının dosenti İrşad Abbasov və “Leon” hotelin əməliyyatlar üzrə meneceri Emin Məmmədov çıxış edib. Maraqlı keçən müzakirədə tələbələrin sualları cavablandırılıb.

REFRESH- promo kitabı ictimaiyyətə təqdim olunub

Avropa Birliyinin maliyyələşdirdiyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator,  Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması  - REFRESH” layihəsinin promo kitabı ictimaiyyətə təqdim olunub.  

Promo kitabda layihənin məqsədi, hədəfləri, iş paketləri, tərəfdaşlar haqqında əsas məlumatlar əks olunub. 

Promo kitabın əsas məqsədi layihənin məzmunu və fəaliyyəti haqqında ictimaiyyətə önəmli məlumatları ötürməkdir.

Promo kitabın linki: https://refresh-erasmus.com/documents

“Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində görüş keçirilib

Avropa Birliyinin maliyyələşdirdiyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator, Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində Danimarka Krallığının Danimarka Texniki Universitetinə (DTU) təcrübə səfəri baş tutub.

Səfərdə Azərbaycan Texnologiya Unversitetini layihə meneceri Tədris işləri üzrə prorektor Dr. Raqif Hüseynov təmsil edib.

Səfərin əsas məqsədi, yerli tərəfdaş univeristetlərin alternativ və bərpa olunan enerji sahəsi üzrə mövcud kurikulumların təkmilləşdirilməsi, innovativ yönümlü istiqamətləndirilməsidir.

5 günlük təcrübə səfəri müddətində DTU-nun REFRESH layihəsi üzrə təlimçiləri Mads Peter Sorensen, Jalal Kazempour, Per Sieverts Nielsen, Martin Brynskov, Ivano Eligio Castelli, Henrik Madsen və digərləri iştirakçılara universitetin bərpa olunan enerji mənbələri, bərpa olunan enerji istehsalının proqnozlaşdırılması (külək, günəş, su) və istehlakçı aspektindən uyğunlaşma, dayanıqlı enerji texnologiyaları üzrə mühəndislik ixtisasları üzrə bakalavr və magistratura proqramlarını təqdim ediblər. O cümlədən, dayanıqlı enerji sistemləri, sözügedən istiqamət üzrə fənlərin tədrisi zamanı süni intellektin istifadəsi, bərpa olunan enerji mənbələri -  günəş və külək enerjisi,  isitmə sistemləri, təkmilləşdirmək məqsədilə sillabusları təhlil etmiş və öz tövsiyələrini bildiriblər.

Təcrübə səfərinin növbəti günlərində səfər iştirakçılarının tərəfdaş yerli ali təhsil müəssisələrinin proqramının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsinə dair "vörkşop" keçirilmişdir. Vörkşop çərçivəsində proqram portfolioları, məzmunu və tədris materialları haqqında geniş diskussiya həyata keçirilib.

Təcrübə səfərinin son günündə yerli tərəfdaşlar üçün təlim (ToT) keçirilib.


ATU tələbələri Qəbələ şəhəri Savalan şərab zavodunda baş tutan elmi seminarda iştirak ediblər

Azərbaycan Texnologiya Universitetinin (ATU) Qida mühəndisliyi fakültəsinin, Tələbə Elmi Cəmiyyətinin Savalan şərab zavodu ilə birgə tələbə elmi seminarı təşkil edilib.

Seminar Qəbələ şəhərində “SAVALAN – ASPI Winery” zavodunda baş tutub. Qida mühəndisliyi fakültəsi, Qida məhsullarının ekspertizası kafedrası və ATU Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən seminarda şərabçılıq ixtisasının tələbələri – Aysel Cəfərova “Almaniyada şərabçılığın inkişaf tendensiyası”, Vəsilə Nağıyeva “Şərabçılıqda əzici-daraqayıran maşınların perspektivliyi və əhəmiyyəti”, Səbinə Qasımova “Azərbaycanda şərabçılıq”, Abulhəyat Süleymanlı “Azərbaycanda istehsal olunan konyaklar” mövzularında məruzələrlə çıxış edib, zavodun mütəxəssisləri ilə mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində tələbələr zavodda texnoloji avadanlıqlar, onların iş prinsipi, laboratoriyalar və istehsal olunan məhsullarla yaxından tanış olublar.

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru v.m.i.e., elmi şura sədri dos. Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb. 

İclasda tədris işləri üzrə prorektor Raqif Hüseynov yaz imtahan sessiyasına hazırlığın vəziyyəti, universitetin strukturunun optimallaşdırılması və yeni struktur bölmələrinin yaradılması ilə bağlı komissiyanın hesabatına dair çıxış edib. 

Daha sonra Xarici dillər kafedrasının müdiri İlhamə Rəhimovanın, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri  v.m.i.e. Ramidə Xəlilovanın hesabatı dinlənilib.

İclas çərçivəsində İnsan resursları şöbəsinin müdiri İlham Əlizadənin şura üzvlərinin müzakirəsinə təqdim etdiyi ştat cədvəlində dəyişiklik və s. kimi məsələlərə baxılıb, tədris metodiki vəsaitlər təsdiq edilib, Kimya mühəndisliyi kafedrasının müdiri Musa Cəfərov, əməkdaşı Rəna Axundzadə 75 illik yübileyləri münasibətilə təltif ediliblər.

ATU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş elmi- praktik tələbə seminarı keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş "XXI əsr Dizayn və Mühəndis tələbələrin gözü ilə " adlı elmi-praktik tələbə seminarı keçirilib.
 
Tələbə Elmi Cəmiyyəti (TEC) və Yüngül sənaye mühəndisliyi və dizayn fakültəsinin (YSML) birgə təşkilatçılığı ilə baş tutan seminarda strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov, YSML- nin, Yüngül sənaye mühəndisliyi və dizayn, Maşın mühəndisliyi və logistika kafedralarının, TEC-in rəhbər heyəti və əməkdaşları, Azərbaycan Dəmir Yolları QSC-nin, Simurq company ATSC- nin mütəxəsssiləri və tələbələr iştirak edib.  
 
Tələbələrdən Əmani Fatimənin "Səfəvi dövlətinin xalı və xalçalarının təhlili", Nərmin Abbasovanın "Tворчество и чакры", Elgün Ağakişiyevin "Alüminium hidrogen generatorundan istifadə etməklə dizel yanacağının hidrogenlə əvəz edilməsi", Tuncay Baxişevin "Web design in the process of ELT", Ayxan Məmmədovun "Hibrid mühərriklərin analizi" başlıqlı məruzələri dinlənilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.