İnformasiya şöbəsi

Əsgərov Arzu Taryel oğlu

İnformasiya şöbəsinin müdiri

(+994 22) 268 08 81

Info@atu.edu.az

İnformasiya şöbəsinin əsas funksiyaları

 

1. Rektorun protokollarının, görüşlərinin, iclaslarının təşkilini və nəzarətini həyata keçirmək;

2. Rektorun vətəndaşlarla, əməkdaşlarla, tələbələrlə qəbulunu təşkil etmək, müraciət edənlərin qeydiyyatını aparmaq, onların şifahi sorğuları üzrə müvafiq məlumat və izahatlar vermək;

3. Poçt, elektron poçt, faks, telefonoqram vasitəsilə və kargüzarlıq xidmətinə bilavasitə daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq;

4. Sənədləri göndərmək;

5. Sənədlərin icra müddətinə, tələblərə uyğun tərtibinə və arxivləşdirilməsinə nəzarət etmək;

6. Sənədlərin surətlərini çıxarmaq, çoxaltmaq və stenoqrafiya işlərini həyata keçirmək;

7. Sənədləri işlərin nomenklaturu üzrə formalaşdırmaq və arxivə təhvil vermək;

8. Sənədləri qoruyub saxlamaq və xidməti zərurətlə əlaqədar onlardan istifadəni təmin etmək;

9. Kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədilə ATU-nun bütün fəaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirmək, kargüzarlığı aparan işçilərin peşə hazırlığını artırmaq;

10. Kargüzarlığın aparılmasına nəzarət etmək, kargüzarlıq işlərini dəqiq və fasiləsiz təşkil etmək;

11. Elektron kargüzarlıq sisteminin qurulmasını, təşkilini və fəaliyyətini həyata keçirmək;

12. Şöbə öz işini ATU-nun digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə qurur;

13. ATU-nun sənədlərinin məxfiliyinin qorunmasını təmin etmək.

ƏMƏKDAŞLAR

 

1. Arzu Taryel oğlu Əsgərov – müdir

2. Gülnarə Qəzənfər qızı Alışova – dəftərxana müdiri

3. Müşafərim Əliqulu qızı Behbudova - arxiv müdiri

4. Heyran Mehman qızı Cəfərova – sənəd dövriyyəsi üzrə aparıcı mütəxəssis

5. Aynur Fərrux qızı İlyasova – informasiya xidməti üzrə mütəxəssis

6. Səadət Rüstəm qızı Əfəndiyeva – sənəd dövriyyəsinin avtomatlaşdırılması üzrə mütəxəssis

7. Fərqanə Məhərrəm qızı Məhərrəmova - k / operator

8. Nəfiylə Ədil qızı Bayramova – arxivçi

9. Şəfiqə İslam qızı Namazova – sənədlərin daşınması üzrə mütəxəssis