Elmi-tədqiqat siyasətimiz

Universitetin elmi fəaliyyəti Azərbaycan Texnologiya Universitetinin elmi-pedoqoji kadrlarınin hazırlanmasına, onların elmi fəaliyyətinə,  elmi-pedoqoji tədris işlərinin planlaşdırılmasının və yerinə yetirilməsinin nəticələrinin istehsalata, tədris prosesinə tətbiq olunması haqqında hesabatların tərtib olunmasına, müzakirədən keçirilməsinə, əməkdaşların elmi yaradıcılığının tədris-təlim işləri ilə əlaqələndirilməsinə  xidmət edir.Elmi fəaliyyət yüksəkrəqabətli insan kapitalının formalaşdırılmasına, reytinqin artırılması prioritetinə, professor-müəllim və tələbə heyyətinin tətqiqat və inkişafa cəlb edilməsinə dəstək verir.

Elmi tədqiqat fəaliyyəti Universitetn Strategiyasının aşağıda qeyd olunan hədəflərıni əhatə edir:

-Professor-müəllim heyyətindən elmi dərəcə və elmi adların sayının artırılması, ixtisasartırma (yenidən hazırlanma) kurslarını keçmiş əməkdaşların olması(həmçinin xarici ölkələrdə) (AK);

-Professor-müəllim heyətindən 50%-nin ən az bir xarici dil bilməsi;

-“QS World University Rankings” üzrə yüksəldilmə;

-Professor-müəllim heyətinin elmi məqalələrinin sayı(AK);

-Keçirilmiş elmi tədbirlərin sayının artırılması;

-Universitetdə nəşr olunan jurnalların və beynəlxalq elmi konfransların nəşr materiallarının beynəlxlaq səviyyədə tanıdılması;

-Beynəlxalq elmi jurnallarda, o cümlədən, impakt faktorlu jurnallarda (Scopus, WoS indeksli) çap olunan məqalələrin sayının artırılması(AK);

-Tələbələrin startaplarda fəal iştirakına nail olunması;

- Professor-müəllim heyyətinin milli və beynəlxalq patent müraciətlərinin sayının artırılması;

-Universitetin professor-müəllim heyyəti və gənc tədqiqatçıların elmi potensialını gücləndirmək üçün təlimlərə cəlb edilməsi;

-Sənaye üçün elmi işlərin sayının artırılması.

ELMİ TƏDQİQATIN ƏSAS VƏZİFƏLƏRİ

     - ATU-nun kafedra və laboratoriyalarının elmi-tədqiqat fəaliyyətinə təşkilati metodik rəhbərliyin, planlaşdırmanın, kordinasiya və nəzarətin icrası.

      - Universitetin müəllim və tələbə kollektivinin elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi.

-Beynəlxalq tələbata müvafiq kadr hazırlığı istiqamətində fundamental və tətbiqi elmi tədqiqat işlərinin inkişaf edilməsi.

-Beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi.

-Elmi – tədqiqat və innovasiya fəaliyyəti ilə məşğul olan əməkdaşların nailiyyətlərinin universitetin saytında mütəmadi təbliğatının aparılması.

-Yerinə yetirilmiş elmi-tədqiqar işləri və elmi pedaqoji kadrların hazırlanması haqqında illik hesabatların tərtib edilməsi.

-Tətbiq olunması vacib hesab edilən elmi-tədqiqat  işlərindən istehsalıatda istifadə edilməsi üzrə müvafiq təkliflərin hazırlanıb yayılması.

- Yerinə yetirilmiş elmi-tədqiqat  işlərinin qeydiyyata alınmasının və başa catdırılmış elmi tədqiqat işləri haqqında hesabatların müvafiq qaydada hazırlanmasının təşkili.

-Professor müəllim heyətinin, mühəndis-texnoloq, texniki personalın, doktorant – disertant, magistrantların, bakalavriatların respublikada və xaricdə kecirilməsi planlaşdırılan elmi tədbirlər haqqında məlumatlandırılmasının və iştirakının təşkil edilməsi.

-ATU-nun bakalvrların və magistrantların elmi fəaliyyətə cəlb edilməsinin gücləndirilməsinə yönəldilən tədbirlərin işlənməsi.

-ATU-nun elmi – praktik konfranslarınin aktual mövzulara həsr olunmasının və keçirilməsnin təşkili

-ATU əməkdaşlarının ixtiralarının potentləşdirilməsi üzrə işlərini innovasiyalar  üzrə mütəxəssisə həvalə etməklə prosesin icrası ücün lazım olan sənədləşmənin aparılması.

-Elmi-tədqiqat mərkəzinin vəzifələrinin təkmilləşdirilməsi,  tədqiqat laboratoriyalarının yaradılması, ləğv edilməsi haqqında təkliflərin toplanması və elmi şuranın müzakirəsinə hazırlanması.

-Müəllim və tələbələrin tədqiqat yönümlü Startap fəaliyətin daim genişləndirilməsi,onların müsabiqələrdə iştirakının təşkili. 

-Tələbə Elmi Cəmiyyətin fəaliyyətinin universitetin elmi işləri ilə əlaqəli təşkil edilməsi. 

-Tələbə klublarında Tələbə Elmi Cəmiyyətinin mütəmadi fəaliyyətinə  nəzarət edilməsi.

-ATU- nun Elmi potensialının  lazımı formada saxlanılması ,inkişaf etdirilməsi ücün universitetdə ildə 1 (bir) dəfədən az olmayan beynəlxalq və respublika konfranslarının  yaxud simpoziumların kecirilməsi.

-Elmi tədqiqat -təhsil prosesinin cari tələblərinin və müvafiq təşkilati işlərin icra edilməsi.