Azərbaycan Texnologiya Universitetinə qəbul olanların qeydiyyatı 28 avqust-6 sentyabr tarixlərində portal.edu.az platforması üzərindən elektron qaydada həyata keçiriləcək. 

Elektron qeydiyyat təsdiqləndikdən sonra aşağıdakı sənədlər 6 sentyabr tarixinədək universitetə təqdim edilməlidir:

- Şəxsiyyət vəsiqəsinin surəti 
- Attestat (diplom, arayış) 
- Şəkil (3x4 ölçüdə, tələbə bileti üçün)
- Hərbi qeydiyyat vəsiqəsi (ağ bilet) və ya hərbi biletin surəti 
- Təhsil haqqının ödənilməsinə dair qəbz (Kapital Bank) 
- Təhsil haqqını ödəməkdən azad olanlar üçün statusu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti

Əlaqə: 
055 833 00 01 Hamlet Kəsəmənli (09:00-17:00)
055 847 87 06 Günay Qəhrəmanova (09:00-17:00) (WhatsApp)