Beynəlxalq layihələr və qrantlar

“Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC) - 2017-2021

EQAC layihəsi 2017-2021-ci illərdə həyata keçirilmişdir. Layihənin əsas məqsədi Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin, ölkəmizdə təhsilin keyfiyyətinin artırılması və ESG standardlarına cavab verməsi, təhsilimizin Avropa Təhsil mühitinə inteqrasiyası üçün partnyor universitetlərdə Keyfiyyət Təminatı Mərkəzlərinin qurulması olmuşdur.
Bakı Biznes Universitetinin kooordinatorluğu ilə icra olunan layihədə Böyük Britaniyanın Middlesex Universiteti, İspaniyanın Alicante Universiteti və İsveçin KTH Kral Universiteti layihənin əsas aparıcı tərəfdaşlarıdır və layihənin Azərbaycandan olan tərəfdaşları Təhsil Nazirliyi, Gəncə Dövlət  Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Odlar Yurdu Universiteti və Mingəçevir Dövlət Universiteti olmuşdurlar.
Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir və Erasmus+ potensialın artırılması proqramı çərçivəsində həyata keçirilmişdir.
Layihə yekununda yuxarıda adı çəkilən 11 universitetdə Keyfiyyət təminatı mərkəzlərinin qurulmuşdur və nəzərdə tutulmuş əsas fəaliyyət istiqaməti kimi tədris proqramlarının və sillabuslarının ESG standartlarına cavab verəcək şəkildə yenilənmişdilər. Bundan başqa, Layihə konsorsiumunun üzvləri olan Avropalı ekspertlər tərəfindən Azərbaycan universitetlərinin onlayn formatda monitorinqləri keçirilmiş, keyfiyyət təminatı sisteminin mövcud vəziyyətinin təhlili aparılmışdır. Eyni zamanda, layihə çərçivəsində keyfiyyət idarəetmə sisteminin qurulması və tətbiqi, həmçinin ali məktəblərdə keyfiyyət mədəniyyətinin formalaşdırılması, tələbəyönümlü tədris, təlim və qiymətləndirmənin tətbiqi məsələləri, təhsil proqramların keyfiyyətinin yüksəldilməsi və davamlı olaraq nəzərdən keçirilməsi mexanizmləri, daxili və xarici keyfiyyət təminatı mövzusunda beynəlxalq ekspertlər tərəfindən 20 müxtəlif universitet nümayəndələrinin iştirakı ilə onlayn formatda interaktiv silsilə təlimlər keçirilmişdir. 

“Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi (CRENG) – 2019-2022

Azərbaycan Texnologiya Universiteti Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi-CRENG” layihəsi 2019-2022-ci illərdə həyata keçirilmişdir. Layihənin əsas məqsədi partnyor universitetlərdə eyni adda magistratura proqramının açılması və həmin proqramda tədris olunacaq bütün fənnlərin Avropa universitetlərindəki təlimlərdə əldə edilmiş bilik və bacarıqlar əsasında ESG standardlarına cavab verməsi olmuşdur. Eyni zamanda, layihə partnyor universitetlərdə eyniadlı laboratoriya və xidmət ofisinin açılmasını hədəfləmişdir. Polşanın Varşava Texnologiya Universitetinin kooordinatorluğu ilə icra olunan layihədə Almaniyanın Berlin Universiteti, Fransanın Hauts-de-Frans Texniki Universiteti layihənin əsas aparıcı tərəfdaşlarıdır və layihənin Azərbaycandan olan tərəfdaşları Təhsil Nazirliyi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universitetidir. Layihə yekununda yuxarıda adı çəkilən 3 universitetdə Nəqliyyat logistikası üzrə magistratura proqramının tədris planı yenilənmiş və Avropa standartlarına cavab verən kurrikulumlar hazırlanmışdır. Bundan əlavə, 3 universitetdə layihənin Servis Ofisi açılmış və universitetlə bir sıra müəssisələr arasında çoxsaylı əlaqələrin yaradılmasına nail olunmuşdur. Bu istiqamətdə aparılmış işlərin nəticəsi kimi proqrama daxil ediləcək fənnlərin kurrikulumları yenilənmiş və magistratura proqramının açılması üçün Təhsil Nazirliyi vasitəsilə Nazirlər Kabinetinə müraciət edilmişdir. Müraciət nəticəsində Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi adlı yeni magistr proqramının açılmasına nail olunmuş və sentyabr 2021-ci ildən yeni proqramda tədrisin təşkilinə başlanılmışdır. Bundan əlavə, layihə çərçivəsində 6-10 dekabr 2021-ci il tarixlərində Master klasslar təşkil edilmiş və universitetin müəllim və tələbə heyəti təlimlərdə iştirak etmişdir. Eyni zamanda, universitetdə layihə çərçivəsində Avropa Birliyinin maliyyə dəstəyi ilə laboratoriya qurulmuşdur. Layihə 8 iyul 2022-ci il tarixində yekun konfransla uğurla başa vurulmuşdur. 
Ətraflı məlumat üçün: https://creng.eu/

Azərbaycanda Rektorlar Konfransının yaradılması layihəsi (ECAR)-    2021 -2024
Azərbaycanda Rektorlar Konfransının yaradılması layihəsinin əsas məqsədi Azərbaycanda Rektorlar Konfransının yaradılması ilə universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır. 2021-2024-cü illəri əhatə edən bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilən Erasmus+ KA2- potensialın artırılması layihəsidir. ECAR milli layihə olmaqla təhsilin beynəlmilliləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək. 
Eyni zamanda, konfrans Azərbaycan ali məktəblərinin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradacaq, yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq.
Əməkdaşlıq edilən şirkət və ya dövlət qurumu
 Bakı Biznes Universitetinin kooordinatorluğu ilə icra olunan layihədə xarici tərəfdaşlar olaraq Fransa Rektorlar Konfransı və Fransa Milli Təhsil Nazirliyinin qurumu olan CIEP təşkilatı, Polşa Rektorlar Konfransı, Belçikadan idarəetmənin inkişaf etdirilməsi sahəsində Avropanın ən böyük təşkilatlarından biri olan EFMD təşkilatı, İsveçdən Kral Texnologiya Universiteti, Litvadan Mykolos Romerius Universiteti və əlaqəli tərəfdaşlar qismində isə Finlandiya, İspaniya, Portuqaliya və Litvanın Rektorlar Konfransı, yerli tərəfdaşlar olaraq isə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Odlar Yurdu Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Avrasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti olmaqla, 15 Azərbaycan universiteti yer almışdır.
    Layihənin dəyəri və maliyyələşdirmə mənbəyi
Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir və Erasmus+ potensialın artırılması proqramı çərçivəsində həyata keçirilir.
     Əldə olunan nəticələr
Layihə yekununda Azərbaycanda Rektorlar Konfransının yaradılması nəzərdə tutulmuşdur. Hazırda bu istiqamətdə layihənin ilk ili üzrə fəaliyyət planına uyğun işçi qrupu yaradılmış, Azərbaycan ali təhsil müəssisələrinin mövcud vəziyyətinin araşdırılması məqsədilə hədəf qrupları olan menecerlər, tələbələr, akademik heyət, məzun və tərəfdaş müəssisələr arasında genişmiqyaslı sorğular keçirilmiş və nəticədə sorğuların təhlili prosesinə başlanılmışdır. 
Layihə yekununda Azərbaycanda Rektorlar Konfransının yaradılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə artıq Rektorlar Konfransının Azərbaycan modelinin yaradılması məqsədilə işçi qrupu formalaşdırılmış, Rektorlar Konfransının təşkilati strukturu, missiyası, vizyonu, üzvlük qaydaları, Konfransın maliyyələşmə mexanizmləri və onun tərkibində fəaliyyət göstərəcək komitələrin yaradılması ilə bağlı Nizamnamə sənədi hazırlanmış, 5 (beş) istiqamətdə yaradılacaq komitələrin adları təsdiqlənmiş və yerli tərəfdaş universitetlərin rəhbərlikləri tərəfindən komitə üzvləri müəyyən edilərək koordinatora göndərilmişdir. Hazırda layihə çərçivəsində Azərbaycan Rektorlar Konfransının 2023-2024-ci illər üzrə Strateji Fəaliyyət Planının hazırlanılmasına başlanılmışdır. 
Ətraflı məlumat üçün: www.ecar.net.az

Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji və iqlim dəyişikliyinin azaldılması (REFRESH) –(2023-2026)
Layihə 3 (üç) il ərzində icra olunacaq və  məqsədi Avropa İttifaqının qabaqçıl təcrübəsini mənimsəməklə Azərbaycan Texnologiya Universitetində bərpa olunan enerji mənbələri üzrə bilik və bacarıqların artırılmasıdır. 
Layihənin koordinatoru:Azərbaycan Dövlət İqtisad Universitetidir.
REFRESH layihəsinin əsas məqsədi tədris metodologiyalarını, tədris proqlamlarını təkmilləşdirmək və hər bir tərəfdaş ali təhsil müəssisəsində pilot dərslərə başlamaq üçün təlim (ToT) proqramına müəllim heyətini cəlb etməklə universitetlərdə potensialı artırmaq məqsədi daşıyır. Eyni zamanda Virtual Öyrənmə Simulyasiyası (VLS) laboratoriyaları da yeni kurrikulumun bir hissəsi olacaq. Kurrikuluma edilən bu dəyişiklər yerli ali məktəblərdə tədrisin keyfiyyətini artıracaq və Azərbaycan yaşıl iqtisadiyyatı stimullaşdıracaq.
Əməkdaşlıq edilən şirkət və ya dövlət qurumu
Azərbaycan Dövlət İqtisad Univeristetinin kooordinatorluğu ilə icra olunan layihədə
İsveç Royal Texnologiya İnstitutu,  Danimarkanın Danimarka Texniki Universiteti,
İtaliyanın Boloniya Universiteti, İspaniyanın   Barselona Universiteti layihənin əsas
aparıcı tərəfdaşlarıdır və layihənin Azərbaycandan olan tərəfdaşları Bərpa Olunan
Enerji  Mənbələri  Dövlət  Agentliyi,  Gəncə  Dövlət  Universiteti,  Mingəçevir  Dövlət
Universiteti,   Lənkəran   Dövlət   Universiteti,   Sumqayit   Dövlət   Universiteti,   və
Azərbaycan Texnologiya Universitetidir.
Layihənin dəyəri və maliyyələşdirmə mənbəyi
Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir və Erasmus+ Proqramı: Ali təhsil
sahəsində  potensialın artırılması çərçivəsində həyata keçirilir.
İşlənilməkdədir
Koreya Mədəniyyət Mərkəzi
Mərkəz 30 yanvar 2019-cu il tarixində Azərbaycan Texnologiya Universitetində (Gəncə) fəaliyətə başlayıb. Mərkəzin əsas fəzifəsi fəaliyyət istiqamətinə uyğun olaraq Koreya dili və mədəniyyətinin tədrisi və təbliği, eləcə də Azərbaycanda koreyaşünaslığı inkişaf etdirmək və hər iki ölkə arasında münasibətləri möhkəmləndirməkdən ibarətdir. 
Mərkəz aşağidaki funksiyalari həyata keçirir:


•    Koreya dilinin və mədəniyyətinin tədrisi istiqamətində dil kurslarının təşkili
•    Xarici ölkə universitetləri və digər təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması
•    Tələbələrin mübadilə proqramlarında iştirakının təmin edilməsi
•    Azərbaycan vətəndaşlarına Koreyada təhsil almaları istiqamətində köməklik göstərmək
•    Koreya-Azərbaycan mədəniyyətlərinin qarşılıqlı tanıdılması və təbliği 
•    Koreya dili ilə məşğul olan tələbələrinin dil biliyi səviyyəsini müəyyən etmək üçün imtahanlar təşkil etmək
•    Mərkəzə üzv olanların qeydiyyatını aparmaq
•    Maarifləndirici xarakter daşıyan Koreya ilə bağlı ədəbi və elmi seminarlar keçirmək
•    Universitetin digər təhsil müəssisələri ilə elm və təhsil sahəsində əməkdaşlığı haqqında məlumatların verilməsi
•    Koreya Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında illik hesabatlar hazırlamaq


4.    Təcrübə proqramları - yoxdur

2016-cı ilin mart ayında Türkiyənin Ordu universiteti və Artvin Çoruh universitetində təcrübə proqramı keçirilmişdir. Proqramda 23 tələbə və 4 müəllim iştirak etmişdir. 
Gənc Türkiyə Zirvəsi proqramı çərçivəsində 2016-cı ildə 19 tələbə və 2 müəllim; 2017-ci ildə  9 tələbə və 1 müəllim; 2018-ci ildə isə 20 tələbə və 1 müəllim  Türkiyədə təcrübə proqramında iştirak etmişdir.

5.    Mübadilə proqramları (tələbə, akademik heyət, inzibati heyət)

Erasmus+ 107 
Erasmus+ proqramının məqsədi ali təhsil müəssisələrində çalışan və təhsil alan gənclərə yeni bacarıqlar qazandırmaq, onların fərdi inkişaflarını gücləndirmək və məşğulluq imkanlarını artırmaqdır. Bu proqram "Həyat Boyu Öyrənmə Programları" çərçivəsində fəaliyyət göstərən Erasmus, Leonardo da Vinçi, Comenius və Grundtvig proqramları ilə Gənclik Proqramı, 5 beynəlxalq əməkdaşlıq proqramı (Erasmus Mundus, Tempus, Alfa, Edulink və Sənayeləşmiş Ölkələrlə Əməkdaşlıq Proqramı) da daxil edilərək Erasmus+ başlığı altında toplanır. Eyni zamanda əməkdaşlıq edilən ölkələrin əhatəsi genişlənib. Sözü gedən proqram çərçivəsində Şərq Tərəfdaşlığı ölkəsi olan Azərbaycan ali təhsil sahəsində aşağıdakı imkanlardan istifadə edəbiləcək:


•     Birgə magistratura proqramları
•     Kredit mobilliyi (keçmiş Erasmus Mundus)
•     Potensialın gücləndirilməsi layihələri (keçmiş Tempus)

Erasmus+ tələbələr mübadiləsi

Erasmus+ tələbə mübadiləsi proqramının maliyyə dəstə ilə tərəfdaş xarici universitetlərdə təhsil almaq imkanları bakalavr və magistr səviyyələri və doktorantlara şamil olunur. Bakalavr və Magistrlara tərəfdaş olduğumuz bir sıra xarici universitelərdə 1 semestr təhsil almağa imkan yaradır. Doktorantlar üçün isə 3 ay müddətinə xarici universitetlərdə araşdırma apara bilirlər.

Erasmus + müəllim/professor heyət mübadiləsi, müəllim/professor heyəti üçün xarici ölkələrin ali təhsil müəssisələrində mühazirə/seminar/dərs deməyə imkan yaradır.

Proqramın maliyyə dəstəyi ilə həyata keçirildiyi universitetdə təlim müddəti 5 gün (1 həftə) əhatə edir (səyahət vaxtı istisna olmaqla). 

Erasmus + inzibati heyət mübadilə proqramın həyata keçirildiyi universitetdə 5 gün (1 həftə) əhatə edir (səyahət vaxtı istisna olmaqla). Proqram davamlı peşəkar inkişaf və akademik əlaqələr qurmağa köməklik edir.