Məzun yarmarkaları
Azərbaycan Texnologiya Universitetində 13.05.2025-14.05.2025-ci il tarixlərində 2 (iki) gün Karyera Festivalı keçirilmişdir.
Hər il keçirilən Məzun Yarmarkası 2025-ci ildə Karyera Festivalı ilə əvəz edilərək yeni ənənənin əsası qoyulmuşdur. Bu yeni yanaşma müasir təhsil strategiyalarına — tələbəyönümlü və bacarıqəsaslı inkişaf modelinə uyğunluğu baxımından əhəmiyyət daşıyır. Festival yalnız vakansiyaların təqdimatı ilə kifayətlənmir, eyni zamanda tələbələrin real sektorla əlaqələrini genişləndirir, onların bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş sessiyaları, təlimləri, forumları və interaktiv fəaliyyətləri əhatə edir.
2024/2025-ci tədris ilinin yaz semestrində məzun olmağa hazırlaşan bakalavriat səviyyəsi üzrə 600, magistratura səviyyəsi üzrə isə 150-dən çox tələbə müəssisə və təşkilatların stendlərinə yaxınlaşaraq təqdim edilən vakansiyalarla tanış olublar. Stendlərdə Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları”, “AzerGold”, ASAN xidmət, KOBİA, Gəncə Regional Turizm İdarəsi, “AzərAlüminium”, “Azersun”, “AzGranata”, “Azərşəkər”, “ATENA”, “ATS Food”, “Çörək №1” zavodu, “Avrora”, Gəncə Tekstil Fabriki, “Gəncə Cihazqayırma Zavodu” bir çox aparıcı banklar və digər müəssisələr yer alıb. Yarmarkada 40-dan çox dövlət və özəl sektor təmsilçisi 400-dən artıq vakansiya təqdim edib.
İki gün davam edən Karyera Festivalı çərçivəsində Əmək yarmarkası ilə yanaşı, nüfuzlu şirkətlərin rəhbər şəxslərinin və nümayəndələrinin iştirakı ilə Karyera Təlimləri və Karyera Forumu da keçirilmışdir.