Tələbə Elmi Cəmiyyəti (TEC)

Universitetimizdə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti (TEC) tələbələri elmi fəaliyyətlə məşğul olmağa yönləndirən təşkilatdır. TEC universitet elmi şurasında təsdiq olunmuş əsasnamə əsasında iş fəaliyyətini təşkil edir. İdarə heyyəti mövcuddur. Universitet TEC sədri, sədr müavini və katib fəaliyyət göstərir. Eyni zamanda hər 4 fakültədə TEC sədrləri, onların müavinləri, bundan başqa kafedralarda TEC sədrləri işləyir. Fakültələrdə ixtisasa uyğun TEC tərkibində dərnəklər və tələbələrin asudə vaxtının səmərəli keçirilməsi üçün oxu və qiraət klubları fəaliyyət göstərir. Hər fakültə illik iş planı və seminar qrafikləri hazırlayır ona uyğun seminarlar təşkil olunur, protokollar yazılır. Müxtəlif elmi mövzularda tədbirlər, konfranslar keçirilir. Aktiv tələbələr sertifikatla mükafatlandırılır. Digər universitetlərdə keçirilən elmi bilik yarışlarında tələbələrin iştirakı təmin olunur. Tələbələrimizin həm yerli həm xarici jurnallarda elmi məqalələrinin nəşrinə diqqət göstərilir. Hər ayın sonu TEC fakültə sədrləri ilə görüşlər keçirilir. İş planları və digər məsələlər müzakirə olunur. İldə bir dəfə Universitetin TEC sədri Universitet Elmi Şurasında hesabatla çıxış edir. TEC-in məqsədi tələbələrdə elmə həvəs oyatmaq və onları təhsil aldıqları müddətdə elmi fəaliyyətə cəlb etməkdir.