Nəqliyyat və sənaye texnologiyaları fakültəsi
Dos. Əliyev Şakir Hüseynqulu oğlu
Turxan Azad oğlu Məmmədyarov
Nəqliyyat və sənaye texnologiyaları fakültəsi haqqında
Yaranma tarixi
Nəqliyyat və sənaye texnologiyaları fakültəsi Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialında iki müstəqil fakültənin - 1978-ci ildən fəaliyyət göstərən “Mexanika” fakültəsi və 1981-ci ildən fəaliyyət göstərən “Toxuculuq və yüngül sənayenin texnologiyası” fakültələrinin əsasında 1991-ci ildə təşkil olunub və “Yüngül sənayenin mexanikası və texnologiyası” fakültəsi adı ilə 1995-ci ilə qədər fəaliyyət göstərib. Sonralar fakültənin adı dəyişdirilərək 2015-2016-cı illərdə “Standartlaşdırma və texnoloji maşınlar” adı ilə fəaliyyətini davam etdirib. Daha sonra 2016-2017-ci illərdə fakültənin adı dəyişdirilərək “Mexanika və metallurgiya mühəndisliyi” adlanıb. 2017-ci ildən “Yüngül Sənaye Mühəndisliyi və logistika” fakültəsi adlanıb. 2026-cı il 25 fevral tarixindən Nəqliyyat və sənaye texnologiyaları fakültəsi adlanıb.
Fakültənin əməkdaşları:
Şakir Əliyev - dekan
Turxan Məmmədyarov - dekan müavini
Tyutorlar:
I kurs üzrə: Kəsəmənli Ləman
II kurs üzrə: Quliyeva Vüsalə
III kurs üzrə: Sadıqova Sevinc
IV kurs üzrə: Yusubova Vəfa
Fakültədə çoxpilləli tədris sistemi əsasında aşağıdakı ixtisaslar üzrə bakalavr və magistrlər hazırlanır:
050621- “ Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”
050632-“Nəqliyyat mühəndisliyi”
050627-“Metallurgiya mühəndisliyi”
050306- “Dizayn”
050806- “Nəqliyyatda servis”
050622- “Maşın mühəndisliyi”
050638-“Sənaye mühəndisliyi”
Nəqliyyat və sənaye texnologiyaları fakültəsində 3 kafedra fəaliyyət göstərir:
Mexanika və nəqliyyat texnologiyaları kafedrası
Kimya və metallurgiya mühəndisliyi kafedrası
Dizayn və sənaye texnologiyaları kafedrası
FAKÜLTƏDƏ TƏDRİS İŞLƏRİ
Fakültədə 2 professor, 25 dosent, 25 baş müəllim və 15 assistent fəaliyyət göstərir. Fakültə əməkdaşları tərəfindən 1 ədəd dərslik, 5 dərs vəsaiti, 7 metodiki göstəriş nəşr olunmuşdur.
FAKÜLTƏNİN ELMİ İŞLƏRİ
Nəqliyyat və sənaye texnologiyaları fakültəsində 2024-2026-cı illərdə yerinə yetiriləcək elmi-tədqiqat işlərinin mövzuları:
1.Problem mövzu: Yüngül sənaye məmulatlarının dizayn layihələndirilməsində utilitar–funksional və estetik problemlərin tədqiqi.
Mövzu rəhbəri: prof. Hacıyev İmaş Adışirin oğlu
2. Problem mövzu: Qazax-Borçalı xalçalarının bədii xüsusiyyətlərinin tədqiqi.
Mövzu rəhbəri: prof. Hacıyev Cahangir Əhməd oğlu
3. Problem mövzu: Məktəbli geyimlərinin erqonomik layihələn- dirilmə üsulunun işlənməsi.
Mövzu rəhbəri: dos. Mirzəyev Tofiq Hacı oğlu
4. Daşkəsən Zəylik Alünit Mədənindən hasil edilən alunit filizinin ekoloji təmiz və iqtisadi cəhətdən daha səmərəli kompleks emal texnologiyasının işlənib hazırlanması
Mövzu rəhbəri: dos. Əmiraslanova Niyar İsmayıl qızı
5. Gəncə - Daşkəsən və Tovuz – Qazax iqtisadi rayonlarında fəaliyyət göstərən metallurgiya sənayesinin logistik sisteminin əsas istiqamətləri
Mövzu rəhbəri: prof. Səfərov Cəmil İldır oğlu
Fakültə əməkdaşlarının elmi işləri
Fakültə əməkdaşlarının 2024 - cü ildə 6 məqalə Skopus bazasında, 2 məqalə WoC bazasında nəşr olunmuşdur. Eyni zamanda 5 monoqrafiya, 14 məqalə respublika jurnallarında, 26 məqalə xaricdə, 152 konfrans materialı respublikada, 11 konfrans materialı xaricdə nəşr olunub.
Tələbə Elmi Cəmiyyətinin 2024-ci il üçün fəaliyyətində, əsasən 20 tələbə seminarı keçirilib.
Nəqliyyat və sənaye texnologiyaları fakültəsində aparılan tədbirlər: Fakültədə son illər universitet rəhbərliyinin köməyilə respublikada fəaliyyət göstərən istehsal və mədəniyyət müəssisələri ilə əməkdaşlıq edilir. GəncəTekstil ASC, Gəncə şəhəri Regional mədəniyyət idarəsi, Qalaksi Türk şirkəti, Sumqayıt texnoparkının GİLTEX MM, Mingəçevir Gilan Tekstil Parkınin əyricilik fabriki, Zəyəm texnologiyalar parkı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və "Azərbaycan Dəmir Yolları" QSC ilə əməkdaşlıq memorandumu bağlanıb. Memorandumun əsas məqsədi Elm, təhsil ilə iqtisadiyyat (özəl sektor) arasında inteqrasiyasına, başqa sözlə, praktiki əlaqələrin genişləndirilməsinə, bu istiqamət üzrə birgə proqramların təşkilinə, habelə, şirkətə gənc kadrların cəlb edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirməkdir. Universitetlərarası tələbə mübadiləsində Erasmus proqramı üzrə Rumıniyada Baxışov Hüseyn Eynulla oğlu və Həsənzadə Murad Azad oğlu İASİ Texniki Universitetində, Hacıyeva Günel Füzuli qızı və Xəlilova Fatimə Şiraslan qızı Varşava Ekologiya və Menecment Universitetində təhsil alıb.