CRENG

chang

Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş “Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi-CRENG” layihəsi 2019-2022-ci illərdə həyata keçirilib. Layihənin əsas məqsədi tərəfdaş universitetlərdə eyni adlı magistr proqramının açılması və bu proqramda tədris olunacaq bütün fənlərin Avropa universitetlərində təlimlərdə əldə edilmiş bilik və bacarıqlara əsaslanaraq ESG standartlarına cavab verməsini təmin etmək olub. Eyni zamanda layihə tərəfdaş universitetlərdə eyni adlı laboratoriya və Xidmət Ofisinin açılmasını qarşıya məqsəd qoyub. Layihənin əsas xarici tərəfdaşları Almaniyanın Berlin Universiteti, Hauts-de-France Texniki Universiteti, Azərbaycandan isə yerli layihə tərəfdaşları Elm və Təhsil Nazirliyi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universiteti olub. Layihənin sonunda yuxarıda qeyd olunan 3 yerli tərəfdaş universitetdə Nəqliyyat Logistikası üzrə magistratura proqramının tədris planı yenilənmiş və Avropa standartlarına cavab verən kurikulumlar hazırlanmışdır. Bundan əlavə, 3 universitetdə layihənin Xidmət Ofisi açılmış və universitetlə bir sıra müəssisələr arasında çoxsaylı əlaqələr yaradılmışdır. Bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, proqrama daxil ediləcək fənlərin kurikulumları yenilənib və magistraturanın açılması üçün Elm və Təhsil Nazirliyinin xətti ilə Nazirlər Kabinetinə müraciət edilib. Tətbiq nəticəsində Nəqliyyat xidmətləri sahəsində böhran və risklərin idarə edilməsi üzrə yeni magistr proqramının açılmasına nail olunub və 2021-ci ilin sentyabr ayından yeni proqram əsasında təlimlərin təşkilinə başlanılıb. Bundan əlavə, layihə çərçivəsində 6-10 dekabr 2021-ci il tarixlərində master klasslar təşkil olunmuş, universitetin professor-müəllim və tələbə heyəti təlimlərdə iştirak etmişdir. Eyni zamanda layihə çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə laboratoriya yaradılıb. Layihə 8 iyul 2022-ci il tarixində keçirilən yekun konfransda uğurla başa çatdırılıb.

Ətraflı məlumat üçün: https://creng.eu/