REFRESH

EQAC

Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliyinin Azaldılması (REFRESH) – (2023-2026)

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə 3 (üç) il ərzində həyata keçiriləcək və məqsədi Avropa İttifaqının qabaqcıl təcrübəsini mənimsəməklə, Azərbaycan Texnologiya Universitetində bərpa olunan enerji mənbələri üzrə bilik və bacarıqların təkmilləşdirilməsidir.

REFRESH layihəsinin əsas məqsədi hər bir tərəfdaş ali təhsil müəssisəsində pilot dərslərə başlamaq üçün müəllim heyətini təlim (ToT) proqramına cəlb etməklə universitetlərdə tədris metodologiyalarını, tədris proqramlarını təkmilləşdirmək və potensialı artırmaqdır. Eyni zamanda, virtual öyrənmə simulyasiyası (VLS) laboratoriyaları da yeni kurrikulumun bir hissəsi olacaq. Kurrikuluma edilən bu dəyişikliklər yerli universitetlərdə tədrisin keyfiyyətini artıracaq və Azərbaycanın yaşıl iqtisadiyyatını stimullaşdıracaq.

Beynəlxalq layihə tərəfdaşlarının siyahısı:

1. İsveç Kral Texnologiya İnstitutu,

2. Danimarka Texniki Universiteti,

3. Bolonya Universiteti - İtaliya,

4. Barselona Universiteti - İspaniya

Əsas aparıcı yerli layihə tərəfdaşlarının siyahısı:

1. Azərbaycan Dövlət İqtisad Universiteti – layihənin koordinatoru

2. Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,

3. Gəncə Dövlət Universiteti,

4. Mingəçevir Dövlət Universiteti,

5. Lənkəran Dövlət Universiteti,

6. Sumqayıt Dövlət Universiteti,

7. Azərbaycan Texnologiya Universiteti.

Ətraflı məlumat üçün: https://refresh-erasmus.com