Əcnəbi tələbə qəbulu

Necə müraciət etməli

ATU-da təhsil almaq istəyən əcnəbi tələbələr öz ölkələrindən birbaşa https://portal.edu.az/ patfotması vasitəsilə müraciət etməlidirlər. Bunun üçün platformada qeydiyyatdan keçməli və zəruri sənədləri sistemə yükləməlidirlər. Müraciətlə bağlı hər
hansı sualınız yarandığı halda universitetin Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (international@ATU.edu.az ) əlaqə saxlaya bilərsiniz.

Bütün təhsil pilləsinə qəbul üçün təhsil haqqı 1300 AZN təşkil edir. Lakin universitet rəhbərliyinin qərarına əsasən təhsil haqqı ildən ilə dəyişə bilər.

Bakalavr pilləsinə qəbul şərtləri

  • Ərizə forması
  • Orta məktəbi bitirməsi haqqında attestat
  • Qiymət cədvəli
  • Tərcümeyi hal(CV)
  • Sağlamlıq haqqında arayış
  • Ümümvətəndaşlıq pasportunun surəti

Magistratura pilləsinə qəbul şərtləri

  • Ərizə forması
  • Bakalavr diplomu
  • Qiymət cədvəli
  • Niyət məktubu
  • Tərcümeyi hal (CV)
  • Sağlamlıq haqqında arayış
  • Ümümvətəndaşlıq pasportunun surəti
  • Tövsiyə məktubu

Doktorantura qəbul şərtləri

  • Ərizə forması
  • Bakalavr və magistr diplomu
  • Qiymət cədvəli
  • Aparmaq istədiyiniz tədqiqat haqqında qısa məlumat
  • Nəşrlərin siyahısı
  • İki tövsiyə məktubu
  • Tərcümeyi hal (CV)
  • Sağlamlıq haqqında arayış
  • Ümümvətəndaşlıq pasportunun surəti

Əcnəbilər üçün məlumat kitabçası

Başqa dildə olan bütün lazımi sənədlər rəsmi tərcümə xidməti tərəfindən ingilis dilinə tərcümə olunmalı və notarius təsdiqi olmalıdır.

Dinamik bir universitet olaraq, əcnəbi tələbələr üçün təklif etdiyimiz xidmətlərin qiymətləndirilməsi ilə bağlı mütəmadi olaraq tələbələr arasında sorğular keçiririk. Beləliklə də, qlobal dövrün tələbini ödəmək üçün xidmətlərimizin keyfiyyətini sorğu nəticələrinə əsasən artırırıq.

Yaşayış xərcləri
Gəncə şəhərində aylıq yaşayış xərci orta hesabla 400-450 AZN təşkil edir. Bunlara daxildir: yaşayış, ərzaq, kommunal və digər-nəqliyyat və sosial fəaliyyət xərcləri və s.

  • Otelin qiyməti: 50-140 Azn
  • Nəqliyyat xərcləri: Taksi 2-5 Azn
  • Avtobus: 0.30 Azn (şəhər daxili )
    Bakı- Gəncə: 8.4 Azn avtobusla, 10 Azn qatarla
  • Restoran və kafelərdə yemək qiyməti: Universitetin yanında 3-5 Azn

ATU, əcnəbi tələbələrə Universitet yataqxanasında yaşamaq imkanı verir.

Tibbi sığorta

ATU beynəlxalq komandası əcnəbi tələbələrə tibbi sığorta ilə bağlı müvafiq köməklik göstərir.

Viza / Miqrasiya

Azərbaycan Texnologiya Universiteti təhsil almaq hüququ qazanmış müraciətçilərə Dəvət Məktubu yollayır. Onlar bu məktubla Azərbaycan Səfirliyi və ya Konsulluğuna müraciət etməlidirlər.

Bütün tələbələr Azərbaycana gəlmək üçün vizaya 3 ay əvvəldən müraciət etməlidirlər. Vizayla bağlı zəruri sənədlərin tam siyahısını müvafiq ölkədəki Azərbaycan Səfirliyindən əldə etmək lazımdır.

Əcnəbi tələbələr Azərbaycana gəlməzdən əvvəl üç aylıq tələbə vizasına baş vurmalıdırlar. Vizanın bitməsinə bir ay qalmış isə Azərbaycan ərazisində heç bir maneə olmadan 1 il yaşamağa - müvəqqəti yaşayış icazəsi üçün müraciət etməlidirlər. Xarici Əlaqələr Ofisi sizə miqrasiya kartının alınmasında köməklik edəcək.

Əlavə sualınız yarandığı təqdirdə Elm və xarici əlaqələr mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Sizə kömək etməkdən məmnunluq duyarıq.

Dil hazırlıq kursu

Hazırlıq Qrupuna qəbul olmaq üçün tələb olunan sənədlər

  • Ərizə forması
  • Orta təhsili bitirmək haqqında sənədinnotariusda təsdiq edilmiş surəti – 1 ədəd
  • Pasportunsurəti – 2 ədəd
  • 3X4 ölçüdə fotoşəkil – 8 ədəd
  • Tibbi arayış
  • QİÇS infeksiyasına yoluxmadığına dairarayış
  • Tərcümeyi hal (CV)

Azərbaycan Texnologiya Universiteti regionda ilk dəfə olaraq əcnəbilərin hazırlığını həyata keçirir. Dil Hazırlıq qrupuna qəbul ilboyu həyata keçirilir və təhsil haqqı 1000 AZN təşkil edir. Lakin Universitet rəhbərliyinin qərarına uyğun olaraq təhsil haqqı dəyişə bilər.

ATU-da təhsil almaq istəyən əcnəbi tələbələrin ilk olaraq ATU-nın Xarici Əlaqələr şöbəsinə (international@ATU.edu.az) müraciət etmələri lazımdır. Universitetin təşkil etdiyi Dil Hazırlıq Qrupunda əcnəbi vətəndaşlara müntəzəm dil kursları və ixtisasına uyğun fənlər tədris olunur. Hazırlıq qrupunu müvəffəqiyyətlə bitirən əcnəbi tələbəyə Təhsil Nazirliyi tərəfindən şəhadətnamə verilir və həmin tələbə bu şəhadətnamə ilə Azərbaycanda ali təhsilin müxtəlif səviyyələrinə müraciət edə bilər.