ECAR
“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi - 2021-2024
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanda Rektorlar Konfransının yaradılması ilə universitetlər və digər tərəfdaşlar arasında səmərəli əməkdaşlığın qurulmasına və inkişafına nail olmaqdır. 2021-2024-cü illəri əhatə edən bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ KA2- potensialın gücləndirilməsi layihəsidir. Milli layihə olmaqla, ECAR təhsilin və rəqəmsal və innovativ iqtisadiyyatın beynəlmiləlləşməsində ali təhsil müəssisələrinin rolunun artırılması məqsədilə universitetlərarası əlaqələrin təmin edilməsinə dəstək verəcək.
Eyni zamanda, konfrans Azərbaycan universitetlərinin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradacaq, yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşdirilməsinə və universitetlərin rəqabət qabiliyyətinin artırılmasına dəstək verəcək.
Layihənin xarici tərəfdaşları arasında Belçikadan EFMD təşkilatı, İsveçdən Kral Texnologiya İnstitutu (KTH), Litvadan Mykolas Romeris Universiteti (MRU), Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP), Fransa Rektorlar Konfransı (CPU), Fransa Beynəlxalq Təhsil İnstitutu (CIEP), Avropa Universitetlər Birliyi Assosiasiyası (EUA), yerli tərəfdaşlar olaraq isə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Odlar Yurdu Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Avrasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Universiteti yer almışdır.
Layihənin sonunda Azərbaycanda rektorların konfransının yaradılması nəzərdə tutulur. Beləliklə, layihə Rektorlar Konfransının yaradılması vasitəsilə milli universitetlər və qərar qəbul edən şəxslər arasında güclü şəbəkələşməni və əməkdaşlığı dəstəkləmək niyyətindədir. Bu yanaşma təhsil ehtiyaclarına diqqət yetirməklə, müvafiq maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsini ehtiva edir. Müvafiq olaraq, bu layihənin hədəf qrupları ali təhsil müəssisələri (ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr, professor-müəllim heyəti) və qərar qəbul edən şəxslərdir (hökumət, nazirliklər, Elmlər Akademiyası). Bu layihə daxili şəbəkə sistemi, vahid platforma yaratmaqla bütün tərəfləri fəal əməkdaşlığa cəlb edəcək.
Ətraflı məlumat üçün: www.ecar.net.az