EQAC

EQAC

“Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi”  (EQAC) layihəsi – 2017-2021

EQAC layihəsi 2017-2021-ci illərdə həyata keçirilmişdir. Layihənin əsas məqsədi ölkəmizdə təhsilin keyfiyyətinin artırılması və ESG standartlarına cavab verməsi, təhsilimizin Avropa təhsil mühitinə inteqrasiyası üçün tərəfdaş universitetlərdə Keyfiyyət Təminatı Mərkəzlərinin qurulması olmuşdur.
Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra olunmuş layihənin xarici tərəfdaşları Böyük Britaniyanın Middlesex Universiteti, İspaniyanın Alicante Universiteti və İsveçin KTH Kral Universiteti, Azərbaycandan olan tərəfdaşları isə Elm və Təhsil Nazirliyi, Gəncə Dövlət  Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Odlar Yurdu Universiteti və Mingəçevir Dövlət Universiteti olmuşdur.
Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilmiş və Erasmus+ potensialın artırılması proqramı çərçivəsində həyata keçirilmişdir.
Layihə yekununda yuxarıda adları qeyd olunan 11 yerli tərəfdaş universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradılmış və nəzərdə tutulmuş əsas fəaliyyət istiqaməti kimi tədris proqramları və sillabuslar ESG standartlarına cavab verəcək şəkildə yenilənmişdir. Bundan başqa, layihə konsorsiumunun üzvləri olan avropalı ekspertlər tərəfindən Azərbaycan universitetlərinin onlayn formatda monitorinqləri keçirilmiş, keyfiyyət təminatı sisteminin mövcud vəziyyətinin təhlili aparılmışdır. Eyni zamanda, layihə çərçivəsində keyfiyyət idarəetmə sisteminin qurulması və tətbiqi, həmçinin ali məktəblərdə keyfiyyət mədəniyyətinin formalaşdırılması, tələbəyönümlü tədris, təlim və qiymətləndirmənin tətbiqi məsələləri, təhsil proqramlarının keyfiyyətinin yüksəldilməsi və davamlı olaraq nəzərdən keçirilməsi mexanizmləri, daxili və xarici keyfiyyət təminatı mövzusunda beynəlxalq ekspertlər tərəfindən 20 müxtəlif universitet nümayəndələrinin iştirakı ilə onlayn formatda interaktiv silsilə təlimlər keçirilmişdir.