ATU-nun artıq III dəfədir təşkil etdiyi ənənəvi basketbol turnirinə bu il Gəncə ilə yanaşı respublikanın digər universitetləri də qoşulacaq.
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında baş tutacaq basketbol üzrə respublika turnirinə Azərbaycan Basketbol Federasiyası və "Rövşən Oğuz Qrup" MMC həmtəşkilatçılıq edir.
Yarışın açılış tədbiri 22 may, saat 12:00-da Gəncə İdman Sarayında baş tutacaqdır.