Azərbaycan Texnologiya Universiteti iqtisadi məsələlər üzrə rektor müşaviri vakansiyası elan edir.
Namizədə tələblər:
• İqtisadiyyat sahəsində ən azı magistr təhsili;
• Ali və orta ixtisas təhsili müəssisələrində rəhbər və ya inzibati heyətdə iş təcrübəsi;
• Maliyyə idarəçiliyi, büdcə planlaşdırılması və hesabatlılıq sahəsində bacarıqlar;
• Analitik və strateji düşünmə qabiliyyəti;
• Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları.
Vəzifə öhdəlikləri:
• Universitetin maliyyə-iqtisadi fəaliyyətinə dair analitik təhlillərin aparılması və rəhbərliyə müvafiq tövsiyələrin təqdim olunması;
• Büdcə və xərclərin planlaşdırılması, icrası və nəzarətində iştirak;
• Ali və orta ixtisas təhsili müəssisələrində təsərrüfat və inzibati proseslərin idarə olunması ilə bağlı təkliflərin hazırlanması;
• Dövlət qurumları və digər tərəfdaşlarla iqtisadi məsələlər üzrə əməkdaşlığın əlaqələndirilməsi;
• Rektorun tapşırıqlarının icrası və məsləhətçi dəstəyin təmin olunması.
Namizədlər CV-lərini 30.09.2025-ci il tarixinədək hr@atu.edu.az ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “İqtisadi məsələlər üzrə rektor müşaviri” qeyd olunmalıdır. Yalnız uyğun namizədlərə geri dönüş ediləcəkdir.