Azərbaycan Texnologiya Universitetinin həmtəşkilatçılığı ilə "Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə V Beynəlxalq Konfransı (PLMO 2026)" keçiriləcək.
Hibrid qaydaya təşkil olunacaq tədbirin digər təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutu, Polşanın Sileziya Texnologiya Universiteti, Çinin Guancou Universiteti, Gürcüstan Texniki Universiteti və Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universitetidir.
PLMO 2026 18-19 may 2026-cı il tarixlərində Bakı şəhərində, 20-21 may tarixlərində isə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində təşkil olunacaq.
Tədbirdə ABŞ, Polşa, Türkiyə, Gürcüstan, Çin, Özbəkistan, Qazaxıstan, Litva, Macarıstan, İsveç və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.
Ətraflı: plmo.cyber.az