4-5 noyabr 2026-cı il tarixlərində Azərbaycan Texnologiya Universitetində (ATU) Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” mövzusunda Respublika Elmi-Praktik Konfransı keçiriləcəkdir. 

- Konfransın bölmələri universitetin  istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:

- Qida mühəndisliyi və texnologiyaları

- Rəqəmsal texnologiyalar 

- Dizayn və sənaye texnologiyaları

- Mexanika və nəqliyyat texnologiyaları

- Kimya və metallurgiya  mühəndisliyi

- Rəqəmsal iqtisadiyyat və idarəetmə

- Turizm sənayesinin  təşkili

- Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf

- Fundamental elmlər 

- Multikultural təhsildə innovativ texnologiyalar

- Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:

- Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;

- Mətn “Microsoft Word” redaktorunda Arial şrifti ilə (hərflərin ölçüsü-12 pt, sətirarası interval -1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 (210 mm x 297 mm) formatında hazırlanmalıdır;

-    Konfrans materialının mətni 3 səhifədən çox olmamalıdır;            

-  Mətnin ortasında materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı,  müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı (hər biri qalın şrift ilə) yazılır, sonra isə mötərizədə təqdim edilən materialın konfransın hansı bölməsinə aid olduğu mütləq qeyd edilir.

v Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilir:

- İstifadə edilmiş ədəbiyyat siyahısında əvvəlcə Azərbaycan dilində, sonra isə türk, rus, ingilis, fransız, alman, ərəb və s. dillərdə olan mənbələr hər bir dilə uyğun əlifba sırası ilə düzülür və ardıcıl olaraq nömrələnir.

- İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mötərizədə göstərilir.

- İstifadə edilmiş ədəbiyyat siyahısında, əsasən son 10 ildə nəşr edilmiş elmi əsərlərin olması arzuolunandır.

- İstifadə edilmiş ədəbiyyatın biblioqrafik təsvirinə aid nümunələrlə verilmiş link vasitəsilə (Əlavə 4.1 - https://aak.gov.az/single/492) tanış ola bilərsiniz.

- Konfrans materialının sonunda İngilis dilində xülasə və açar sözlər verilir. Müəllifin əldə etdiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasə elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.

- Bir müəllif tərəfindən təqdim edilən konfrans materiallarının ümumi sayı üçdən artıq olmamalıdır.

- Konfransın redaksiya heyətinə təqdim olunan materialın orijinallığına, elmi yeniliyinə müəlliflər cavabdehdirlər. 

- Bu tələbləri ödəməyən konfrans materialları Təşkilat komitəsi tərəfindən qəbul edilmir. Tələblər ödənildikdə isə materialın redaksiya heyətinə ötürülməsi haqqında məlumat verilir.

- Çıxış üçün qəbul edilən konfrans materialları haqqında məlumat müəlliflərə konfransa ən geci 4 gün qalmış, yəni 31 oktyabr 2026-cı il tarixinədək göndərilir.  

- Konfransda çıxış edən hər bir  tədqiqatçıya sertifikat verilir.

- Konfrans materialları 4 dekabr tarixindənədək PDF formatında konfransın rəsmi saytında (https://atu.edu.az/konferanslar) yerləşdiriləcək.

-Konfransda iştirak ATU-nun doktorantları, dissertantları, magistrantları və əməkdaşları üçün ödənişsizdir. Digər iştirakçılar tərəfindən konfrans materialının hər səhifəsi üçün  5 manat ödənilməsi nəzərdə tutulur. Konfrans materialları ödəniş qəbzi ilə birgə təqdim olunmalıdır.

 vÖdəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır:

 AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ PUBLİK HÜQUQİ ŞƏXS

VÖEN: 2300343181

H/H: AZ39AIIB38060019440135272127

Bankın adı:  “Kapitalbank” ASC Gəncə filialı

Bankın kodu:  200275

VÖEN:  9900003611

Müxbir hesab:  AZ37NABZ01350100000000001944

S.W.I.F.T. BİK: AIIBAZ2X

 -Konfrans materialları 15 oktyabr 2026-cı ildən gec olmayaraq conference@atu.edu.az  elektron poçt ünvanına göndərilməlidir.

Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Tel:(022)2680046
e-mail: conference@atu.edu.az