Tələbə və əməkdaşlar arasında üzgüçülük, tennis, dama, şahmat, voleybol və futzalın ən güclüsü kim olacaq?
Bunu Zəfər Gününə həsr olunmuş silsilə idman yarışları müəyyən edəcək!
Azərbaycan Texnologiya Universitetində (ATU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tələbə və əməkdaşlar arasında silsilə idman yarışlarına start veriləcək.
Yarışlar 29 oktyabr–6 noyabr tarixlərində üzgüçülük, tennis, dama, şahmat, voleybol və futzal idman növləri üzrə keçiriləcək.
Yarışların təqvimi:
Üzgüçülük — 20/21 oktyabr
Tennis — 29 oktyabr
Dama — 2 noyabr
Şahmat — 2 noyabr
Voleybol — 3/4 noyabr
Futzal — 5/6 noyabr
Oyunlar ATU-nun İdman Klubunda baş tutacaq.
Mübarizəyə qoşul, gücünü göstər, Zəfər Günündə öz adını qaliblər sırasına yaz!