Azərbaycan Texnologiya Universitetinin (ATU) həyətində quraşdırılmış tullantı çeşidləmə qutuları ətraf mühitin qorunmasına və ekoloji mədəniyyətin formalaşdırılmasına xidmət edir.
Universitetin tələbə və əməkdaşlarını təmizliyə həssas yanaşmağa, tullantıları yerə atmamağa və təyinatına uyğun qutulara yerləşdirməyə çağırırıq.
Tullantıları düzgün çeşidləyək!
Göy qutu – kağız tullantıları
Qırmızı qutu – batareyalar
Yaşıl qutu – şüşə tullantıları
Boz qutu – plastik tullantılar
Tullantıların düzgün çeşidlənməsi resurslardan səmərəli istifadəyə, ətraf mühitin çirklənməsinin azaldılmasına və ekoloji məsuliyyətin gücləndirilməsinə töhfə verir.
Bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci (Dayanıqlı şəhərlər və icmalar), 12-ci (Məsuliyyətli istehlak və istehsal), 13-cü (İqlim dəyişikliyinə qarşı mübarizə) və 15-ci (Quruda həyat) məqsədləri ilə səsləşir.
Təmizlik hər birimizin məsuliyyəti, təbiətin qorunması isə ortaq borcumuzdur!