Azərbaycan Texnologiya Universitetinin Bədii Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə 6 noyabr saat 11:00-da Zəfər Gününə həsr olunmuş tələbə konserti keçiriləcək. 

Bütün professor-müəllim heyətini və tələbələrimizi Vətənimizin bütövlüyünü, qəhrəman şəhidlərimizin və qazilərimizin şücaətini musiqi və gəncliyin sədaları ilə tərənnüm edəcəyimiz bu özəl tədbirə dəvət edirik!

Gəlin, milli qürur və Zəfər ruhunu birlikdə yaşayaq!