UTECA vakansiya elan edir Azərbaycan Texnologiya Universiteti DATA ANALİTİKASI ÜZRƏ MÜTƏXƏSSİS vakansiyası elan edir Namizədə qarşı tələblər:• Yaş: 25-40 (kişi/qadın);• İş qrafiki: I-V gün saat 08:30-17:00;• İş təcrübəsi:• Ali təhsil (Statistika, Riyaziyyat, İqtisadiyyat, Kompüter elmləri üzrə təhsil üstünlük hesab olunur);• Kompüter bilikləri: MS Office proqramları (analitik alətlərdə işləmə təcrübəsi üstünlük hesab olunur);• Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;• Ünsiyyət və təqdim etmə bacarıqları;• Məqsədyönlülük, dürüstlük, məsuliyyətlilik, çeviklik;• Komandada işləmə Vəzifə öhdəlikləri:• Datanı şərh etmək, statistik metodlardan istifadə edərək nəticələri təhlil etmək və davamlı hesabatlar vermək;• Data bazaları, data toplama sistemləri, data analitikası və statistik səmərəliliyi və keyfiyyəti optimallaşdıran digər strategiyaları inkişaf etdirmək və həyata keçirmək;• Analitik sistemlərin qurulması üçün vacib olan dataları daxil etmək üçün data toplama prosedurlarının gücləndirilməsi;• Cari hesabatları saxlamaq və yeni hesabatlar yaratmaq. Data toplamaq və təhlilini yaxşılaşdırmaq üçün təkliflər vermək;• Məlumat bazasının funksiyalarını müəyyən etmək üçün istehsalçı və ya müştəri ilə görüşmək və istifadəçi ehtiyaclarının təhlilini aparmaq;• Tələbləri müəyyən etmək üçün ehtiyaclar ilə bağlı tədqiqatın nəticələrini təhlil etmək;• Periodik görülən işlər ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması. ☞ UTECA komandasında işləmək istəyən namizədlər CV-lərini foto şəkili ilə (mövzu yerində “DATA ANALİTİKASI ÜZRƏ MÜTƏXƏSSİS” qeyd edilməklə) l.rz[email protected] elektron ünvanına göndərə bilərlər.☞ Müraciət üçün son tarix 28 fevral 2021-ci ildir.☞ Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq! 748 dəfə oxunub