UTECA-da Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar "Virtual Yaz Məktəbi" təşkil ediləcək Hörmətli yeniyetmələr, şagirdlər və valideynlər, eləcə də abituriyentlər, subbakalavrlar, Azərbaycan Texnologiya Universitetinin (UTECA) İqtisadiyyat və İdarəetmə Fakültəsi dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq 26-28 Aprel 2021 tarixlərində "Virtual Yaz Məktəbi" təşkil ediləcək. Məktəb daxilində dəyərli alim və mütəxəssislərimiz tərəfindən 10 modul mövzu ətrafında 10 saatı təlim, 2 saatı isə mentorluq proqramı olmaqla 3 gün ərzində 12 saatlıq onlayn sessiyalar təşkil ediləcək. Sessiyalar "Zoom" platforması üzərindən həyata keçiriləcək. Dərslər Nizami Gəncəvi və multikultiralizm irsi, şəxsi inkişaf, karyera planlama, xarici dil öyrənmə qabiliyyətləri, Azərbaycan iqtisadiyyatı, Qarabağ Zəfər Tarixi və inkluzivlik sahələrini əhatə edəcəkdir. Virtual məktəb proqramı ödənişsiz olaraq həyata keçiriləcək və iştirakçılara sertifikat təqdim ediləcəkdir. Layihə üçün son müraciət tarixi: 18.04.2021 saat 23:59İştirakçı sayı məhduddur, qeydiyyat üçün tələsin. Qeydiyyat forumu:https://docs.google.com/.../1FAIpQLSdQfNKGF6.../formResponse Əlaqə:(022) 257 39 98[email protected][email protected] (layihə kordinatoru) Ünvan:Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103 679 dəfə oxunub