Avropada təqaüdlə təhsil imkanı Azərbaycan Texnologiya Universiteti Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın 1 tələbəsinə Almaniyada 1 semestr müddətinə ingilis dilində təhsil alması üçün qrant ayrılıb. Proqrama universitetin yalnız I və II kurs tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək. Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq: ✓ ÜOMG ✓ Müsahibə Müsahibədə iştirak etmək istəyən tələbələr 25 aprel 2021-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzi ilə (Tel: 022 257 35 78; Mob: 070 503 12 99) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər. 692 dəfə oxunub