Avropada təqaüdlə təhsil imkanı Azərbaycan Texnologiya Universiteti Polşanın Varşava Ekologiya və Menecment Universiteti, Almaniyanın Şmalkalden Tətbiqi elmlər Universiteti, eləcə də Rumıniyanın İasi Texniki Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın tələbələrinə Polşa, Almaniya və Rumıniyada 2021-2022-ci tədris ilinin yaz semestri müddətinə ingilis dilində təhsil almaları üçün qrant ayrılıb. Proqrama universitetin Yüngül sənaye və logistika fakültəsinin “Dizayn” və “Çoxişlənən malların texnologiyası mühəndisliyi” ixtisasları, Avtomatika Telekommunikasiya və İnformatika fakültəsinin Komputer mühəndisliyi ixtisası və İqtisadiyyat və idarəetmə fakültəsində təhsil alan II və III kurs tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək. Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq: ✓ ÜOMG✓ Müsahibə Müsahibədə iştirak etmək istəyən tələbələr 15 noyabr 2021-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzi ilə (022 257 35 78; 070 503 12 99) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər. 689 dəfə oxunub