Azərbaycan Texnologiya Universitetinin (UTECA)əməkdaşları Nicat Ağayev, Nofəl Hacıyev və Nicat Qəzənfərli "Nəqliyyat xidmətləri üçün böhran və risk mühəndisliyi (CRENG)" Erasmus+ KA2 layihəsi çərçivəsində Berlin Texniki Universitetində keçirilən təlimlərə qatılıblar. 3 illik layihənin yekununda partnyor universitetlərdə magistr proqramının açılması,eyni zamanda layihə çərçivəsində universitetdə CRENG laboratoriyasının yaradılması, laboratoriya üçün avadanlığın və Anylogic proqram təminatının alınması nəzərdə tutulur. Təlimlərdə layihəyə uyğun olaraq universitetimizdə təsis ediləcək müvafiq magistr proqramı (Nəqliyyat logistikası) üzrə tədris olunacaq fənlərin məzmunu, dərs saatlarının bölünməsi, müasir tələblərə uyğun yeni kurikulumun və tədris vəsaitlərinin hazırlanması məsələləri müzakirə edilib, bu barədə tövsiyələr verilib. Bundan əlavə təlim iştirakçıları üçün müxtəlif müəssisələrə ekskursiyalar təşkil edilib. Məhsuldar təlimlərin sonunda iştirakçılara sertifikatlar verilib. 702 dəfə oxunub