Azərbaycan Texnologiya Universitetində (UTECA) beynəlxalq elmi-praktik konfrans keçiriləcək Azərbaycan Texnologiya Universitetində (UTECA) beynəlxalq elmi-praktik konfrans keçiriləcək 5-6 may 2022-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (UTECA) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib: Heydər Əliyev və Azərbaycanda texnoloji inkişaf Tekstil materiallarının və yüngül sənaye məmulatlarının dizaynı Tekstil və yüngül sənayenin mütərəqqi texnika və texnologiyaları İstehlak mallarının dizayn texnologiyaları Logistika mühəndisliyi İnformasiya texnologiyaları və kompüter mühəndisliyi Tekstil və yüngül sənayenin iqtisadiyyatı və menecmenti Tekstil və yüngül sənayenin ekoloji aspektləri Konfrans materiallarına olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi formata uyğun olaraq aşağıdakı kimidir: Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmalıdır; Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur; Mətn “Microsoft Word for Windows” redaktorunda Arial şriftilə (hərflərin ölçüsü-12 pt, interval-1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 formatlı standart (210x297 mm) hazırlanmalıdır; Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır; Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır. Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilməlidir: Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir; İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir; Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir; Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır; İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mörtərizədə göstərilir. Azərbaycan dilində yazılmış materialın sonunda İngilis və Rus dillərində, Rus dilində yazılmış materialın sonunda isə İngilis dilində xülasə verilir. İngilis dilində yazılmış konfrans materialının xülasəyə ehtiyacı yoxdur. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir. Konfrans materialları 20 aprel 2022-ci ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103Tel: (022) 257 00 46e-mail: [email protected] 1357 dəfə oxunub