UTECA “Peşəkar Assosiasiya və Bilik Mübadiləsi vasitəsilə Azərbaycanda Ali Təhsilin Beynəlmiləlləşdirilməsinin Genişləndirilməsi” adlı seminarda təmsil olunubAzərbaycan Texnologiya Universiteti Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (AIEMA), Midlberi Beynəlxalq Araşdırmalar İnstitutu (Monterey, Kaliforniya, ABŞ) və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə “Peşəkar Assosiasiya və Bilik Mübadiləsi vasitəsilə Azərbaycanda Ali Təhsilin Beynəlmiləlləşdirilməsinin Genişləndirilməsi” adlı seminara dəvət edilib.Seminar 25 yanvar 2022-ci il tarixində Bakı şəhərində Emerald Suite Otelin konfrans zalında pandemiya qaydalarına uyğun olaraq təşkil edilib. Seminarda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin, Azərbaycandakı Milli Erasmus+ Ofisinin, British Council Azərbaycan təşkilatının, ABŞ-ın Midlberi Beynəlxalq Araşdırmalar İnstitutunun və 25 ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr şöbələrinin rəhbər və nümayəndələri iştirak ediblər.Görüşdə Azərbaycan Texnologiya Universitetini Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Tural Rüstəmov təmsil edib.Seminar iştirakçılar və qonaqlar tərəfindən müsbət qarşılanıb və iştirakçılar faydalı seminarların davamlı olmasını arzulayıblar. Seminar iştirakçıların fərdi müzakirələri və şəbəkələşməsi, həmçinin xatirə şəkli çəkdirməklə yekunlaşıb.Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (ABTMA) 2019-cu ilin noyabr ayında bir təşəbbüs qrupu kimi təsis edilib və könüllülük prinsipi əsasında bir neçə yerli ali təhsil müəssisələrinin əməkdaşları tərəfindən fəaliyyətə başlayıb. ABTMA-nın missiyası təşviq, vəkillik, şəbəkələşmə və peşəkar resurs mübadiləsi vasitəsilə fərdləri və qurumları dəstəkləməklə Azərbaycanda ali və peşə təhsilinin effektiv beynəlmiləlləşdirilməsinə töhfə verməkdir. 787 dəfə oxunub