Bəs siz Təhsil Tələbə Krediti Fondundan yararlanmısınız?Təhsil haqqı xərclərinizi ödəməkdə çətinlik çəkirsinizsə Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkandan yararlanın!İllik 2 və 6 %-lə Təhsil Tələbə Krediti (TTK) alın, geri ödəməyə isə təhsilinizi bitirdikdən 2 il sonra başlayın.Qeyd: Tələbənin göstəricilərinə əsasən aldığı kredit FAİZSİZ ola bilər, eləcə də ayrılmış kreditin 25 və 50 %-dən azad ola bilər. Eyni zamanda sosial TTK üzrə ÜOMG-si 71 bal və yuxarı olan, standart TTK üzrə isə ÜOMG-si 91 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır.Geri ödəmə dövrü başlamadan faiz hesablanmır!Sosial TTK üzrə:Aşağıdakı şərtlərdən biri ödənildikdə tələbə sosial TTK almaq hüququnu qazanır.► Tələbə ünvanlı dövlət sosial yardım alan ailənin üzvü olduqda;► III dərəcə əlilliyi olduqda;► Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıdakı kateqoriyaların hər hansı birinə aid olduqda:✓ I və II dərəcə əlilliyi olan şəxslər;✓ işsiz kimi qeydiyyatda olanlar;✓ yaşa görə əmək pensiyaçıları;✓ yaşa görə sosial müavinət alanlar.QEYD: Sosial TTK-nə son semestrdə ÜOMG-si 71-dən aşağı olan tələbələr müraciət edə bilər.Standart TTK üzrə:Tələbə sosial TTK üçün uyğun olmadıqda standart TTK-ya uyğunluğu yoxlanılır. Aşağıdakı şərtlər ödənildikdə tələbə standart TTK almaq hüququnu qazanır.► Birinci tədris ilinin ilk semestrində (yarımilində) oxuyan tələbələr üçün:• tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olduqda:✓ bakalavriat səviyyəsi üçün 300-700 bal aralığı;✓ magistratura səviyyəsi üçün 50-100 bal aralığı;• illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödədikdə.► Digər semestrlər (yarımillər) üçün: • tələbənin ÜOMG-si/aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olduqda; • illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödədikdə. Təhsil Tələbə Kreditinə müraciət üçün tələb olunan sənədlər: Ərizə (istənilən notariusdan almaq mümkündür); Son semestr üzrə ÜOMG; Doğum haqqında şəhadətnamə (foto şəkil); Valideynlərin şəxsiyyət vəsiqələrinin Fin kodu; Cari tədris ilində İllik təhsil haqqının ödənilmiş hissəsi (məbləğ); Son semestr üzrə akademik borc olmamalıdır. Əlavə sual yaranarsa Tədris şöbəsinə müraciət etməyiniz xahiş olunur.Telefon: (+994)22 257 08 83Email: [email protected]Təhsil tələbə kreditinə müraciət üçün rəsmi sayt: www.e-ttkf.edu.azTəhsil tələbə krediti fondu ilə əlaqə üçün whatsapp nömrəsi: (+994)51 206 78 48 768 dəfə oxunub