Təhsilin İnkişafı Fondu “NEQSOL HOLDING” ilə əməkdaşlıq çərçivəsində bakalavr təhsili alan tələbə qızlar üçün təqaüd proqramı elan edir.

Azərbaycan Texnologiya Universitetinin aşağıdakı ixtisaslarda təhsil alan qız tələbələri 22.10.2023-cü il tarixinədək onlayn qeydiyyatdan keçə bilərlər:

-Proseslərin avtomatlaşdırılması mühəndisliyi

-Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

-Qida mühəndisliyi

-Sənaye mühəndisliyi

-Ekologiya mühəndisliyi

-Elektrik və elektronika mühəndisliyi

-Kompyuter mühəndisliyi

-İnformasiya texnologiyaları

-Radiotexnika və telekommunikasiya mühəndisliyi

-Mühasibat

-Biznesin idarə edilməsi

Müraciət linki:

https://docs.google.com/.../1FAIpQLSf9LoWrjf0.../viewform...

Proqram çərçivəsində tələbələr aylıq təqaüd almaqla yanaşı, təhsil aldıqları sahələr üzrə təcrübə keçmək şansı əldə edəcəklər.

Seçimlərdə üstünlük akademik göstəriciləri yüksək olan namizədlərə veriləcəkdir. Proqram respublikanın bütün ali təhsil müəssisələrini əhatə edir və mərhələlərdən uğurla keçən 50 tələbə qız 1 il ərzində aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.

Proqrama aşağıdakı kateqoriya tələbə qızlar müraciət edə bilər:

Ali təhsil müəssisəsinə qəbul imtahanında minimum 450 bal toplayanlar;

Ümumi orta müvəffəqiyyət göstəriciləri 80%-dən yuxarı olanlar,

Aşağıdakı sosial meyarlardan birinə uyğun olan şəxslər:

– ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü;

– I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;

– Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər.

Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:

– I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;

– İşsiz kimi qeydiyyatda olan şəxslər;

– İş yeri olmayan və yaşa görə əmək pensiyası alan şəxslər;

– İş yeri olmayan və yaşa görə sosial müavinət alan şəxslər.