Azərbaycan Texnologiya Universiteti 8 Noyabr - Zəfər Gününə həsr edilmiş "Zəfərimiz əbədidir" mövzusunda esse müsabiqəsi elan edir.

Bütün tələbələrimizi müsabiqədə iştiraka dəvət edirik.

Tələblərə uyğun şəkildə hazırlanmış esselər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, seçilən müəlliflərə hədiyyə və sertifikatlar təqdim olunacaqdır.

Mövzu başlıqları:

- Ali Baş Komandanın Zəfərə gedən yolu

- Otuz illik həsrət

- Vətən müharibəsi qəhrəmanları

- Vandalizmə məruz qalmış mədəniyyət abidələrimiz

- İşğaldan azad edilmiş torpaqlara yeni həyatın gətirilməsi

Yazı qaydaları:

Mətndən öncə vərəqin sol üst küncündə tələbənin adı, soyadı və atasının adı yazılmalıdır. Daha sonra, oxuduğu fakültə, ixtisas və qrup nömrəsi qeyd edilməlidir.

Yazının texniki qaydaları:

Mətn “Microsoft Word for Windows” redaktorunda, Arial şriftlə (hərflərin ölçüsü 12, sətirlərarası interval 1.5, abzas 1.25, həcm A4 formatlı 2-3 səhifədən ibarət olmalıdır.

Tələblər:

Esse giriş, əsas hissə, nəticədən ibarət olmalı, esse xüsusiyyətlərinə uyğun yazılmalıdır. Məzmun konkret bir mövzuya həsr olunmalıdır.

Esselər 31 oktyabr 2023-cü il tarixinədək esse.qebulu@gmail.com poçt ünvanına göndərilməlidir.