Əziz tələbələr

Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə start verilir. Əgər siz də öz namizədliyinizi irəli sürmək istəyirsənizsə, müraciət edin!

TGT sədrliyinə namizədlər üçün tələblər:

Təhsilinin sonuncu ilində olmamalıdır;

Tələbə Gənclər Təşkilatlarının tərkibində aktiv ictimai fəaliyyət keçmişinə malik olmaq müsahibə mərhələsində üstünlük olaraq qəbul olunacaqdır.

TGT-yə sədrliyə namizədlik üçün lazım olan sənədlərin siyahısı:

Namizədin platforması (sosial mediada paylaşılacaqdır);

Namizədin CV-si;

Tərcümeyi-hal;

Motivasiya məktubu;

Namizədliyini irəli sürən şəxsin şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti.

Qeydiyyat linki:

https://forms.gle/hf6MDgmEGw6M9ogK9

Son müraciət tarixi: 16.10.2023 11:00