Azərbaycan Texnologiya Universitetində aşağıda adları göstərilən vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilir:
 
Yüngül sənaye mühəndisliyi və dizayn kafedrası – dosent (1 yer)
Qida mühəndisliyi və ekspertiza kafedrası – dosent (1 yer)
Maşın mühəndisliyi və logistika kafedrası – baş müəllim (1 yer)
Ətraf mühitin mühafizəsi kafedrası – baş müəllim (1 yer)
İqtisadiyyat kafedrası – baş müəllim (1 yer)
İdarəetmə kafedrası – baş müəllim (1 yer)
Kompüter mühəndisliyi və telekommunikasiya kafedrası – baş müəllim (2 yer)
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 401 nömrəli 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə qeyd olunan ünvana təqdim edilməlidir.
 
Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103
Əlaqə: (022) 257 56 29