Cəfərov Musa Hümbət oğlu

Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri

(+994 22) 257 02 21

Musa.ceferov@atu.edu.az

Mən ,Musa Hümbət oğlu Cəfərov 17aprel 1949-cb ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Rüstəm Əliyev ( indiki Miskinli ) kəndində anadan olmuşam.

1971 – ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun “İstilik energetikası” ixtisasını bitirmişəm.

1971-1973 –cü illərdə Orduda komandir vzvod vəzifəsində xidmət etmişəm.

1973-1981 –ci illərdə sənaye müəssisələrində usta , sex rəisi və laboratoriya müdiri vəzifələrində fəaliyyət göstərmişəm.

1981 – ci ildə Azərbaycan Texnologiya Universitetinə işə qəbul olunmuşam.

!981-1984- cü illərdə “İstilik texnikası “ kafedrasında laborant və baş laborant vəzifələrində çalışmışam.

1984 – cü ildə assistent, 1989 – cu ildə baş müəllim vəzifələrinə seçilmişəm.

1987- 1992 –ci illərdə A.N.Kosiqin adına Moskva Dövlət Toxuculuq Akademiyasında dissertant olmuşam.

1992- ci ildə A.N.Kosiqin adına Moskva Dövlət Toxuculuq Akademiyasında “Lokal obyektlərin hava ilə soyudulmasında  istifadə edilən istilik transformatorlarının xaraketeristikasının təhlili “ mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşəm.

1994 – 1999 – cu illərdə “İstilik kafedrası”nda kafedra müdiri vəzifəsində fəaliyyət göstərmişəm.

1999 – cu ildə dosent elmi adını almışam.

2002 – 2007 – ci illərdə Universitetin “Elmi Tədqiqat bölmə”sinin rəisi vəzifəsində çalışmışam.

2017-ci ildən hal-hazıra kimi “Kimya və metallurgiya mühəndisliyi kafedrası”nda müdir vəzifəsində çalışıram.

75 elmi – metodik işlərin müəllifiyəm, o cümlədən 2 ədəd dərs vəsaitinin ,1ədəd  metodik vəsaitin və 8 ədəd metodik göstərişlərin .

Mən , Universitet Elmi – metodik Şurasının və Fakültə Elmi Şurasının və Universitetin Tədris Metodik Şuranın üzviyəm.

 “İstilik texnikası”, “İstilik və soyutma texnikası” və “İstilik texnikası və hidravlika ” fənnlərini tədris edirəm.

Tələbələrin təlim – tərbiyəsində səylə çalışır və ona görə də tələbələrin hörmətini qazanmışam.

Universitetin və fakültənin ictimai tədbirlərində fəal iştirak edirəm.