Mirzəyev Tofiq Hacı oğlu

Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri

(+994 22) 267 02 97

t.mirzeyev@atu.edu.az

        Tofiq Hacı oğlu Mirzəyev – texnika üzrə fəlsəfə doktoru, dossent. 1958 ci il təvəllüdlü. Ailəliyəm, üç övladım var. Azərbaycan Texnologiya İnstitutunun (indiki Azərbaycan Texnologiya Universitetinin) məzunuyam. Hərbidə qullq dövründə  yaxşı işimə (qulluğuma) görə sabiq SSRİ –nin “Dövlət təltifi”nə layiq görülmüşəm.

        İxtisasım üzrə Gəncə şəhəri “Məhsəti Gəncəvi adına Tikiş İstehsalat Birliyində” tikiş maşınlarının cilingəri, biçiçi, keyfiyyəti idarəetmə bölməsinin rəisi, istehsalat rəisi - 2 saylı filialın direktoru vəzifələrində işləmişəm. Yaxşı işimə görə nazirliyin müxtəlif təltiflərinə layiq görülmüşəm. 1985-ci ildə  Azərbaycan Texnologiya Universitetində  assistent vəzifəsində, 1989-cu ildə baş müəllim, 1994-cü ildə dossent seçkili vəzifələrində işləmişəm. 2000-ci ildən 2007-ci ilə kimi ATU-nun “Çoxişlənən malların texnologiyası və Dizayn” kafedrasının müdiri seçkili vəzifəsində çalışmışam. Kafedra müdiri işlədiyim dövrdə kafedrada üç yeni tədris-istehsalat laboratoriyası yaradılmış və məmulat istehsalına başlanmışdır. Sonrrakı illərdə universitetdə “Tədrisin Kredit sistemi ilə təşkili” işində iştirak etmişəm. Uzun illər tədris şöbəsinin nəzdində “Qeydiyyat-nəzarət” bölməsinə rəhbərlik etmişəm. Təhsil Nazirliyinin 2007-2008 “Tədrisin Kredit sistemi ilə təşkili” proqramında iştirak etmişəm.

      1989-cu ildə Ukrayna Respublikasının “Ukrayna Dövlət Yüngül Sənaye Akademiyası”nda məqsədli aspiranturaya daxil olmuşam, 1993-cü ildə dissertasiya müdafiə edərək “texnika elmləri namizədi” elmi dərəcəsinə layiq görülmüşəm.

      Elmi fəaliyyətim geniş coğrafiyanı əhatə edir. Hazırda 200-dən çox elmi əsərin, o cümlədən üç dərs və on beş metodiki vəsaitin, elmi məqalələrin müəllifiyəm. Dəfələrlə Rusiyanın, Ukrainanın, Belarusiyanın, Gürcüstanın və Türkiyənin qabaqcıl universitetlərində və elm mərkəzlərində elmi məruzələrlə çıxışlar etmişəm, elmi məqalələrim cap edilmişdir. Kafedra aparılan Elmi-tədqiqat işlərinə rəhbərlik etmişəm. “Modelçi-Dizayner” kimi də fəaliyyətim vardır. Belə ki, kütləvi istehsal edilmiş 21 (iyirmi bir) geyim modelinin müəllifiyəm.

       2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Uzun illər ölkənin seçki komisiyalarında fəaliyyət göstərmişəm. Universitet “Azad həmkarlar komitəsinin üzvü olmuşam.   Universitetin ictimai və elmi həyatında yaxından iştirak edirəm: universitet Elmi Şurasının üzvü “YSM və L” fakültəsinin Elmi şurasının üzvüyəm. Hazırda “YSM və D” kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərərək, istiqamətin peşə yönümlü və ixtisas fənlərinin tədrisini aparıram.  2017÷2022-cü illər ərzində kadedrada 2 tədris-istehsalat, bir tədris laboratoriyalarının və iki tədris emalatxanasının yardılmasının təşəbbüskarı olmuşam. 44 günlük müharibə dövründə əsgərlərimiz üçün 200 ədədə yaxın “Daşınan döşək” və 90 ədəd “Kapişonlu kanbinzon” daxili imkanlarr hesabına hazırlamasına rəhbərlik etmişəm. Dəfələrlə universitet rəhbərliyinin təşəkkürnamələri, pul mükafatları ilə təltif edilmişəm. 2020-ci ildə ATU-nun 50 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirinin tətifinə layiq görülmüşəm. Universitetin   müəllim və tələbə kontingeti arasında hörmət qazana bilmişəm. Prinsipial mövqeyliyəm.