Mən - Əsgərov Hafiz Yusif oğlu 20.06.1975-ci ildə Kəlbəcər rayon Mişnikəndində anadan olmuşam. 1982-ci ildə Kəlbəcər rayon Çaykənd kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşam.1992-ci ildə həmin məktəbi bitirmişəm və Azərbaycan Texnologiya İnstitutunun hazırlıq şöbəsinə qəbul olmuşam. 1993-cü ildə Azərbaycan Texnologiya İnstitunun “Süd və süd məhsullarının texnologiyası” ixtisası üzrə I kurs əyani şöbəyə qəbul olmuşam. 1997-ci ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışam. Həmin ildə də magistr təhsil pilləsinə qəbul olub, 1999-cu ildə fərqlənmə diplomu ilə magistr dərəcəsi almışam.
1999-cu ildə Azərbaycan Texnologiya İnstitutunun “İaşə, ət və süd məhsullarının texnologiyası” kafedrasında laboratoriya müdiri vəzifəsinə işə qəbul olmuşam.
2005-2009-cu illərdə Universitet Tələbə-Gənclər Təşkilatının Sədri vəzifəsində işləmişəm.
2009-cu ildə İaşə məhsullarının texnologiyası və turizm kafedrasında assistent, 2012-ci ildən “QMT və T” fakültəsində tərbiyə işləri üzrə dekan müavini, 2014-ci ildən 2020-ci ilədək tədris işləri üzrə dekan müavini vəzifəsində işləmişəm. 2018-ci ildən hal-hazıradək “QM və E” kafedrasında baş müəllim, 2022-ci ildən hal-hazıradək “QM” fakültəsində Elmi işlər üzrə dekan müavini vəzifəsində işləyirəm.
2005-ci ildən hal-hazıradək 39 saylı DSK-nin14 saylı MSK-nın sədri vəzifəsini daşıyıram. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm.
2021-ci ildən – 2022-ci ilədək Qərb Region MMC-də direktor vəzifəsində işləmişəm.
Ailəliyəm 2 övladım var.
Yoldaşım - Xanlarova Siyasət İsmayıl qızı 1977-ci ildə anadan olub. Ali təhsillidir.
Oğlum - Əsgərov Qaraş Hafiz oğlu 2000-ci ildə anadan olub, tələbədir.
Oğlum - Əsgərli Vüqar Hafiz oğlu 2003-cü ildə anadan olub, tələbədir.
Atam - Əsgərov Yusif Qaraş oğlu 1939-cu ildə anadan olub, 2009-cu ildə vəfat edib.
Anam - Əsgərova Adilə Alpənah qızı 1940-cı ildə anadan olub, təqaüddədir.
Bacım - Əsgərova Sarıtel Yusif qızı 1969-cu ildə anadan olub, ailəlidir.
Bacım - Əsgərova Bulxar Yusif qızı 1970-ci ildə anadan olub, ailəlidir.