Turxan Azad oğlu Məmmədyarov

Yüngül sənaye mühəndisliyi və logistika

Dekan müavini

(+994 22) 254 06 64

t_memmedyarov@atu.edu.az

Turxan Azad oğlu Məmmədyarov 24 dekabr 1990-cı ildə Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub. 2008-ci ildə Ə.Məmmədov adına Çuxur Qəbələ kənd orta məktəbini bitirib. 2012-ci ildə Azərbaycan Texnologiya Universitetinin yol hərəkətinin təşkili ixtisası üzrə bakalavr, 2016-cı ildə isə yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə magistr məzunu olub. 

2012-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən Azərbaycan Texnologiya Universitetində akademik məsləhətçi (tyutor) , Maşın mühəndisliyi və logistika kafedrasının assistenti, Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin təlim - tərbiyə işləri üzrə dekan müavini vəzifələrində çalışıb. 

2019-cu ildən Azərbaycan Texnologiya Universitetinin  maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə doktorantura pilləsinə daxil olub. 2025-ci ilin sentyabrından Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekan müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, bir övlad var.