Rəhimova İlhamə Rafiq qızı

Xarici dillər kafedrasının müdiri

(+994 22) 257 07 17

i.rahimova@atu.edu.az

Rəhimova İlhamə Rafiq qızı 1971-ci ildə ziyalı ailəsində anadan olub. 1989–cu ildə Ukraynada Krupskaya adına orta məktə­bi bitirib, Qorlov Dövlət Pedaqoji Xarici Dillər İnstitutunа qəbul olub.

1994-cü ildə, yuxarıda qeyd olunan İnstitutu bitirdikdən sonra, ailəsi ilə bir­lik­də Azərbaycana qayıdıb. 1995-ci ildən Azərbaycan Dillər Universitetinin “İn­gi­lis dilinin leksikologiyası” kafedrasında müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb.

2001-ci ildə Böyuk Britaniyada, London Universitetinin Təhsilin İdarəolunması üzrə Magistr dərəcəsini alıb.

2002-ci ildən başlayaraq pedaqoji fəaliyyətini dayandırmamaq şərtilə, Beynəlxalq Diplomatik Missiyalarda (BMT, Avropa Şurası, Avropa Parlament Assambleyası) sinxron və ardıcıl tərcüməçi kimi çalışıb.

2007-ci ildə Beynəlxalq Hüquq üzrə Magistr dərə­cəsinə və 2016-cı ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Pedaqogika üzrə Fəlsəfə Doktoru diplomuna layiq görülüb.

2005-ci ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Təhsil Nazir­liyində Monitorinq və Qiymətləndirmə üzrə rəhbər, 2014-cü ildən 2020-ci ilə qədər isə Azərbaycan Respublikası Təhsil Nazir­liyində SABAH qrupları müəllimləri ilə iş üzrə rəhbər vəzifəsində çalışıb.

Hal-hazırda Azərbaycan Texnologiya Universitetində Xarici Dillər kafedrasının müdiri vəzifəsində çalışır.

30-dan çox nəşrlərin (kitab, dərslik, məqalə, dərs vəsaiti, proqram və s.) müəllifi­dir.

Rus, İngilis, İtalyan, Türk, Polyak, İspan və Ukrayna dillərində sərbəst danışır.

Ailəlidir, üç övladı var