Məmmədov Fizuli Əziz oğlu 1955-ci il 21 dekabrda Gəncə şəhərində anadan olmuşdur. 1973-cü ildə Gəncə şəhəri 28 saylı məktəbdə müvəffəqiyyətlə bitirmişdir. 1974-76-cı illər Macarıstan Xalq Respublikasında hərbi xidmətdə olmuşdur. 1976-cı ildə Azərbaycan Politexnik İnstititunun Kirovabad filialına daxil olmuş və 1982-ci ildə Azərbaycan Texnologiya İnstitututunun “Yüngül sənayenin Texnologiyası” fakultəsinin bitirib, təyinatla Moskva tikiş istesalatı birliyinə göndərilmişdir. 1982-85-ci illər həmin müəssisəsində usta, texnoloq, sex rəisinin müavini və sex rəisi vəzifəsində çalışmışdır. 1985-ci ildə Moskva Elmi-tədqiqat tikiş sənayesi institutunun əyani aspiranturasına daxil olmuşdur. 1988-ci ildə Hərbiçi geyimlərinin optimal üsullarla hazırlanması texnologiyası üzrə namizədlik dissertasiya işi müdafiə edərək texniki elimlər namizədi elmi dərəcəsi almışdır.
1989-cu ildən Azərbaycan Texnologiya İnstitutunun baş laborant, asisstent, dosent və kafedra müdiri vəzifəsində çalışır. 1991-ci ildə yeni yaradılan aspirantura şöbəsinin müdiri 1992-ci ildə Elmi Şuranın katibi vəzifəsində çalışmışdır. 1995-ci ildə “Tikiş sənayesində az əmək və material sərfi ilə istehsalın səmərəliliyinin yüksəldilməsi problemləri” mövzusunda doktor-dissertasiya işini müdafiə edərək iqtisad elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1997-ci ildən professordur. 1997-ci ildə “Yüngül sənayenin iqtisadiyyatı” sahəsindəki elmi əsərlərini nəzərə alaraq Gürcüstan biznes Elmlər Akademiyası onu həmin akademiyanın həqiqi üzvü seçmişdir.
Hal-hazırda Məmmədov F.Ə. 270-dan artıq elmi əsərin, o cümlədən DÜİST-27186-88,4 monaqrafiya, 6 dərslik, 12 dərs vəsaiti, 20 metodiki göstəriş, 40 fənn proqramı, 2 ixtira, 30 səmərələşdirici təkliflərin müəllifidir. Məmmədov F.Ə. Rusiya Fedarasiyası Təhsil Nazirliyinin “Yüngül sənaye üzrə” metodik Şurasının üzvüdür. Eyni zamanda Azərbaycan Texniki Universitetinindissertasiya şurasının üzvü, Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində fəaliyyət göstərən dissertasiya şürasının üzvü Tbilisidə dərc olunan “Sosial iqtisadiyyat” jurnalının redaksiya heyyətinin üzvü, Kutaisi Dövlət Universiteti “Xəbərlər məcmüəsi”, ADAU-da dərc olunan “Aqrar iqtisadiyyat toplunun”, Daşkənd Yüngül Sənaye və toxuculuq İnstitutunda dərc olunan elmi xəbərlərin redaksiya heyyətinin üzvüdür.
Onun rəhbərliyi ilə 15 nəfər dissertasiya işi müdafiyə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Hal-hazırda onun rəhbərlik altında Respublikamızın müxtəlif Universitetlərindən 10 nəfər doktorant elmi tədqiqat işləri yerinə yetirirlər. Onların bir neçəsi artıq elmi tədqiqat işlərini başa çatdırmışlar.2015- ci ildə elmi tədqiqat işlərini tətbiqinə görə vətənpərvər alim kimi Avropa mətbuat evinin qızıl medalına layıq görülmüşdür. Məmmədov F.Ə. Universitetin professor – müəllim heyyət arasında böyük hörmətə malikdir. O olduqca prinsipialdır. Özünə və rəhbərlik etdiyi kollektivin hər bir əməkadşına tələbkardır. Onun rəhbərlik etdiyi “İnzibati idarəetmə və kommersiya” kafedrası 2017-ci ildə ilin ən yaxşı kollektivi adına layıq görülmüşdür. O həmişə neqativ hallara qarşı mübarizə aparmışdır. Prof. F.Ə. Məmmədov 2021-ci il ərzində elmin inkişafında xidmətlərinə və səmərəli elmi fəaliyyətinə görə ilin alimi adına layıq görülmüşdür.