İctimai elmlər və multikulturalizm kafedrası müdiri
(+994 22) 268 65 43 salam
f.yusifov@atu.edu.az
Yusifov Fuad Yusif oğlu 1983-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Fəlsəfə” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə Azərbaycan Texnologiya Universitetində kabinə müdiri kimi əmək fəaliyyətinə başlamışdır. 1986-cı ildə müəllim,1991-ci ildə baş müəllim ,1998-ci ildə dosent vəzifəsində çalışmışdır. 2002-2013-cü illərdə kafedra müdirinin müavini, 2013-2015-ci illərdə Elm və texnika üzrə prorektor, 2015-ci ilin noyabr ayından hal-hazıra kimi İctimai elmlər və multikulturalizm kafedrasının müdiri vəzifəsində çalışır.1997-ci ildə “Kənd zəhmətkeşlərinin sosial-siyasi fəallığına dair məsələsi ”mövzusundadissertasiya işini müdafiə etmiş və ona fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsiverilmişdir. 1986-cı ildən fəlsəfə fənnini tədris edir.
Kafedra və universitet əməkdaşları ilə münasibətdə diqqətli və məsuliyyətlidir.
Elmi-pedaqoji potensialınıartırmaq üçün yeni ədəbiyyatlarla və internet nəşrləri ilə mütəmadi tanış olur. Yeni tədris materialı və dövlət standartlarına uyğun fənn proqramlarının hazırlanmasında əldə olunmuş biliklərdən səmərəli istifadə edir.
İddiaçı 40-dan çox elmi əsərlərin müəllifidir.
F.Y.Yusifov işinə məsuliyyətlə yanaşan, nizam-intizamlı, mühazirə və seminar məşğələlərini yüksək səviyyədə tədris etməyi bacaran peşəkar müəllimdir. Onun pedaqoji səriştəsi, ünsiyyət mədəniyyəti, nəzəri və praktiki biliyi yüksək səviyyədədir.
F.Y.Yusifovöz biliyini, dünyagörüşünü və siyasi savadını artırmaq üçün çalışır, kafedrada aparılan elmi-tədqiqat işlərində, universitetin və fakültənin ictimai işlərində fəal iştirak edir.
Hal – hazırda dos. Fuad Yusif oğlu Yusifovun“ İctimai elmlər və multikulturalizm ” kafedrasının müdiri vəzifəsində işləyir.