Qasımov Rövşən Fazil oğlu

Avtomatika, telekommunikasiya və informatika kafedrası müdiri

(+994 22) 257 63 02

r.gasimov@atu.edu.az

Rövşən Fazil oğlu Qasımov, 4 iyun l974-cü ildə Gəncə şəhərində anadan olmuşdur.

1991-ci ildə Gəncə şəhəri 30 saylı tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Tenologiya İnstitutunun “Yeyinti istehsalının maşın və aparatları” ixtisasına qəbul olmuş və 1996-cı ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirərək ATİ-nin aspiranturasına qəbul olmuşdur.

1996-1997-ci illərdə Azərbaycan Respublikası Silahı Qüvvələri sıralarına hərbi xidmətə çağırılmışdır.

Hərbi xidməti başa vuraraq, 1997-ci ildə ATİ-nin “Taxılın saxlanması, emalı  və çörək-qənnadı məmulatları texnologiyası” kafedrasında assistent-stajor vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

2014-cü ildə dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

1999-2023-cü illərdə ATU-nun müxtəlif kafedralarında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

Bir çox beynəlxalq elmi-praktiki konfransların iştirakçısı olmuş, 40-dan çox elmi məqalə, tədris-metodiki vəsaitin və bir dərsliyin müəllifidir.

Ailəlidir, iki övladı var.