İsmayılov Mehman Telman oğlu

Qida mühəndisliyi

Dekan, t.f.d., dosent

(+994 22) 257 08 42

m.ismayilov@atu.edu.az

1980-ci ildə Gəncə şəhərində  anadan olmuşdur. Orta təhsilini 1986-1995-cı illərdə Gəncə şəhəri 6 saylı orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Gəncə Texniki kollecinə daxil olmuşdur. 1999-cu ildə kolleci bitirərək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (İndiki Azərbaycan Dövlət Aqrar Universiteti) “Aqrar istehsalın texnologiyası” ixtisasına daxil olaraq 2003-cü ildə bakalavriat, 2005-ci ildə həmin ixtisasın magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2008-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində “Qida məhsullarının texnologiyası” ixtisasında əyani aspiranturada təhsil almış və dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hazırda həmin universitetdə Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasında elmlər doktorluğu proqramı üzrə “Qida məhsullarının texnologiyası ixtisasında “Azərbaycanda tünd alkoqollu içkilərin mütərəqqi texnologiyasının işlənməsi və elmi əsaslandırılması” mövzüsunda dissertasiya işi yerinə yetirir.

Əmək fəaliyyətinə 2004-cü ildə Azərbaycan Elmi-Tədqiqat “Aqromexanika” İnstitutunda baş laborant, 2009-2010-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasında elmi işçi, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin “Qida məhsullarının mühəndisliyi və ekspertiza  kafedrasında” baş müəllim, dosent əvəzi, 2017-ci ildən də kafedranın dosenti olmuşdur,  2020-ci ildən Azərbaycan Texnologiya Universitetinin “Qida mühəndisliyi və ekspertiza”  kafedrasında əvəzçiliklə dosent, 2010-2021-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasının direktoru. 2021-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin “Qida məhsullarının mühəndisliyi və ekspertiza  kafedrasında” dosent vəzifəsində çalışır.

44 elmi əsərlərin, o cümlədən 6-i xaricdə olmaqla, 1 dərs vəsaiti, 1 tövsiyənin, 12 dərs proqramının, 4  patentin və müəlliflik şəhadətnaməsinin müəllifidir.

Beynəlxalq səviyyəli “Caspian aqro” və “Təhsil və karyera” sərgilərində öz elmi yeniliyi və yarımsənaye qurğusu ilə uğurla iştirak etmişdir.

2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvi kimi ictimai işlərdə fəal iştirak edir.

Gəncə şəhərində keçirilən I, II, III və IV Beynəlxalq şərab festivallarında təşkilat komitəsinin, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr olunmuş Üzümçülük və Şərabçılığın inkişaf forumunun təşkilatçısı və beynəlxalq dequstatorlar qrupunun üzvi kimi tədbirlərin keçirilməsi və təşkilində yaxından iştirak etmiş, diplomla təltif olunmuşdur.

Gürcüstanın Tbilisi şəhərində keçirilən “Winexpo Georgia 2019” Beynəlxalq şərab və spirtli içkilər sərgisində Azərbaycanın nümayəndə heyyətinin üzvi kimi iştirak etmişdir.

Ailəlidir. 4 övladı var.