Cəfərov Məntiq Bahadur oğlu

Ümumi və tətbiqi fizika kafedrasının müdiri

(+994 22) 257 61 41

Mantiq.ceferov@atu.edu.az

Cəfərov Məntiq Bahadur oğlu 1954 –cü ildə ziyalı ailəsində anadan olub. 1969-1970 –ci tədris ilində Gəncə Dövlət Universitetinin fizika –riyaziyyat fakültəsinin fizika ixtisasını bitirmişdir. 1970-1979-cu illərdə müxtəlif orta məktəblərdə fizika müəllimi işləmişdir. 1979-2004-cü illərdə Azərbaycan Texnologiya Universitetinin fizika kafedrasında laborant, baş laborant, laboratoriya müdiri, assistent, dosent vəzifələrində çalışmışdır. 2004-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində fizika və riyaziyyat kafedrasında dosent, professor vəzifələrində işləmişdir. 2013-2014-cü ildə Azərbaycan Texnologiya Universitetində tədris işləri üzrə Prorektor vəzifəsində çalışmışdir. 2014-2017-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində Strateji təhlil, qiymətləndirmə və minitorinq  şöbəsinin müdiri olmuşdur. 2017-2018-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elm və Təhsil şöbəsinin sektor müdiri, BDU-nin professoru olmuşdur. 2018-ci ildən Azərbaycan Texnologiya Universitetinin “Ümumi və tətbiqi fizika” kafedrasının müdiridir. 153 elmi əsərin, 4 dərs vəsaitinin müəllifidir. Rəhbərliyi altinda 2 nəfər fizika üzrə  fəlsəfə doktoru yetişdirmişdir. 2010-cu ildə “Tərəqqi! Medalı ilə təltif olunmuşdur. 1990-cu ildə elmlər namizədi, 2011-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir. Fizika elmlər doktoru, professordur. Məntiq Cəfərovun Universitetin tədris və elmi fəaliyyətində iştirakı aktivdir. Universitet Elmi Şurasının üzvüdür. Ailəlidir, 2 övladı, 4 nəvəsi var.