Mən, Hacıyev Rövşən Mustafa oğlu 26 mart 1959-cu ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olmuşam. 1966-cı ildə 24 saylı şəhər səkkiz illik məktəbin birinci sinifinə getmişəm. 1974-cü ildə həmin məktəbi bitirib 39 saylı şəhər beynəlmiləl məktəbinə daxil olmuşam. 1976-cı ildə həmin məktəbi bitirmişəm.
1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft va Kimya institutunun “Energetika” fakültəsinə qəbul olunmuşam. 1981-ci ildə institutu bitirdikdən sonra təyinatla Kirovabad İstilik Elektrik Mərkəzinə işə göndərilmişəm. 1983-cü ildə Kirovabad Çuqun Tökmə zavoduna işə keçmişəm. Həmin ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi institutunda aspiranturanın qiyabi şöbəsinə qəbul olunmuşam.
1987-ci ildə Kirovabad Çuqun Tökmə zavodundan öz xahişimlə işdən azad olunmuşam və həmin ildə Azərbaycan Texnologiya institutuna işə qəbul olunmuşam.
1992-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi adına layiq görülmüşəm.
2000-ci ildə Azərbaycan Texnologiya Universitetinin “İnzibati idarə etmə” fakültəsinin “Gömrük ekspertizası” ixtisasına qəbul olunmuşam.
2003-cü ildə Azərbaycan Texnologiya Universitetinin “İnzibati idarə etmə” fakültəsinin “Gömrük ekspertizası” ixtisasını bitirmişəm.
2004-cü il aprel ayının 4-dən 24-nə kimi Amerika Birləşmiş Ştatlarının Texas ştatında xidməti ezamiyyətdə olmuşam.
2006-ci il oktyabr ayından Azərbaycan Texnologiya Universitetində “İnformatika və Telekommunikasiya” kafedrasında baş müəllim vəzifəsində, 2010-cu ildən “Avtomatika və İdarəetmə” kafedrasının müdiri vəzifəsində işləyirəm.
2021 - ci ildən həmin fakültənin dekanı vəsifəsində çalışıram