Kərimov Fazil Cəmil oğlu

İqtisadiyyat və idarəetmə

Dekan, i.f.d., dosent

(+994 22) 257 39 98

f.kerimov@atu.edu.az

Mən Kərimov Fazil Cəmil oğlu  16 oktyabr 1962-ci ildə Azərbaycan Respublikası Beyləqan rayonunun Örənqala qəsəbəsində kəndli ailəsində anadan olmuşam.

Azərbaycanlıyam.

1969-cu ildə Örənqala kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşam. 1979-cu ildə həmin məktəbin 10-cu sinfini bitirmişəm.

1979-cu ilin iyun ayından 1981-ci ilin aprel ayına kimi Beyləqan rayonunun “Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının( ÜİKGİ-nın) 50 illiyi” adına üzümçülük sovxozunda fəhlə işləmişəm.

1981-ci ilin aprel ayından 1983-cü ilin may ayına kimi Monqolustan Xalq Respublikasinda Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşam.

1983-cü ilin may ayından 1986-cı ilin avqust ayına kimi Beyləqan rayonunun “Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının( ÜİKGİ-nın) 50 illiyi” adına üzümçülük sovxozunda fəhlə işləmişəm.

1986-cı ildə Səmədağa Ağamalıoğlu adına “Şərəf Nişanı” ordenli Azərbaycan Kənd  Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət Aqrar Universiteti o vaxt belə adlanırdı) “kənd təsərrüfatının iqtisadiyyatı və təşkili” fakultəsinin “kənd təsərrüfatı istehsalının təşkilatçı iqtisadcısı” ixtisasına daxil olmuşam, 1991-ci ildə həmin ixtisası müvəffəqiyyətlə bitirmişəm.

1991-ci ildən 1996-cı ilə kimi Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda baş mühasib vəzifəsində çalışmışam.

1996-cı ildən 1999-cu ilə kimi Rusiya Federasiyası İdarəetmə və Biznes İnstitutunun Gəncə filialında baş mühasib və assistent kimi çalışmışam.

1999-cu ildən 2001-ci ilə kimi Rusiya Federasiyası İdarəetmə və Biznes İnstitutunun Gəncə filialında “İqtisadiyyat” kafedrasının müdiri işləmişəm.

29 iyun 1999-cu ildə iqtisad elmləri namizədi, 2004-ci ildən 2017-ci ilədək Azərbaycan Texnologiya Universitetinin “Sənaye iqtisadiyyatı” kafedrası üzrə dossent işləmişəm.

2017-ci ildən 2022-ci ilin fevral ayınadək Gəncə Dövlət Universitetinin “İqtisadiyyat” fakultəsində dossent vəzifəsində çalışmışam.

23 fevral 2022-ci il tarixdən 1 Dekabr 2022-ci il tarixədək Azərbaycan Texnologiya Universitetinin  “Menecment” kafedrasının müdiri vəzifəsində çalışmışam.

1 Dekabr 2022-ci il tarixdən Azərbaycan Texnologiya Universitetinin  İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışıram.

16 avqust 2012 - ci ildən “Yeni Azərbaycan” partiyasının üzvüyəm.

Ailəliyəm. Bir övladım var.

Həyat yoldaşım Kərimova Minurə Hacı qızı 1976-cı ildə anadan olub ali təhsillidir, hazırda  Azərbaycan Texnoloğiya Universitetinin Marketinq kafedrasının baş müəllimi-dir.

Oğlum Kərimli Murad Fazil oğlu 2008-ci ildə anadan olub. Məktəblidir.

Məhkum olunmamışam.