Məmmədova Arzu Natiq qızı

Avtomatika, telekommunikasiya və informatika

Dekan müavini

(+994 22) 268 63 02 salam

a.mammadova@atu.edu.az

Arzu Natiq qızı Məmmədova, 09 fevral 1984-cü ildə Yevlax şəhərində anadan olub. Orta təhsilini 1991-2001-ci illərdə Gəncə şəhərində yerləşən Mir Cəlal Paşayev adına 39 saylı məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra 2003-cü ildə Azərbaycan Texnologiya Universitetinin bakalavr səviyyəsində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması ixtisasına qəbul olub. 2007-cu ildə fərqlənmə diplomu ilə bakalavr təhsilini bitirib. 2007-ci ildə Azərbaycan Texnologiya Universitetinin magistratura təhsil səviyyəsi üzrə “Texniki sistemlərdə idarəetmə və informatika” ixtisasına qəbul olub. 2009-ci ildə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 2009-ci ildə Azərbaycan Texnologiya Universitetinin ”Avtomatika və idarəetmə” kafedrasında assistent kimi fəaliyyətə başlayıb.

Hal-hazırda Azərbaycan Texnologiya Universitetinin ”Avtomatika və informasiya texnologiyaları” kafedrasinda baş müəllim və “Avtomatika, telekommunikasiya və informatika” fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışır.

Bir çox beynəlxalq elmi-praktiki konfransların iştirakçısı olmuş, 29-dan çox elmi məqalə, tədris-metodiki vəsaitlərin müəllifidir.

Ailəlidir.

YAP-ın üzvüdür.