Kəsəmənli Hamlet Cümşüd oğlu

“Ümumi və tətbiqi riyaziyyat”kafedrasının müdiri

(+994 22) 257 68 06

h.kesemenli@atu.edu.az

1963-cü ildə orta məktəbi bitirib, indiki Gəncə Dövlət Universitetinin “Fizika-Riyaziyyat” fakültəsinin riyaziyyat ixtisasına qəbul olunmuşam. 1964-1966-cı illərdə Ordu sıralarında xidmət etmişəm və 1966-cı ildə başa çatdırmışam. Həmin ilin sentyabr ayından Dövlət təyinatı əsasında Mingəçevirin Xalq Maarif şöbəsinə göndərilmişəm. 1969-cu il sentyabr ayının 1-dən, 1971-ci ilin dekabr ayının 28-dək Mingəçevir şəhər 5 nömrəli məktəbdə müəllim işləmişəm. 1972-ci ilin yanvar ayının 3-dən, bu günə qədər Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərirəm. Belə ki, 1972-ci il yanvarın 3-dən, 1975-ci il aprel ayına kimi laborant, 1975-ci ilin aprelindən, 1979-cu ilin fevralına qədər laboratoriya müdiri və həmin müddətdən 1988-ci ilin aprelindək assistent, 1993-cu ilin mart ayına qədər baş müəllim, və 1993 ildən bu günə qədər dosent vəzifəsini yerinə yetirirəm. 2015-ci ilin noyabr ayından 2019-cu ilin fevral ayına qədər ”ATİ” fakültəsində tədris işlər üzrə dekan müavini, 2019-cu il fevral ayından bu günə qədər “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri vəzifəsini yerinə yetirirəm.