Nəbiyev Əhəd Əli oğlu

Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri

(+994 22) 257 42 02

e.nebiyev@atu.edu.az

17 sentyabr 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı  İnstitunun  “Meyvə-tərəvəz və üzümçülük fakültəsinin nəzdində olan “Şərabçılığın texnologiyası “ ixtisasını fərqlənmə diplomu ilə bitirərək mühəndis-texnoloq ixtisasına layiq görülmüşdür. Sonra İnstitun əyani aspiranturasında təhsilini davam etdirmişdir. Aspirantura müddətində elmi-tədqiqat işini yerinə yetirmək məqsədilə keçmiş SSRİ Elmlər Akademiyasınınə Moskva şəhərindəki A.N.Bax adına “Biokimya” və Krım vilayətinin  Yalta şəhərində yerləşən Maqaraç “Üzümçülük və şərabçılıq”  İnstituna ezam edilmişdir.

            1983-cü ildə namizədlik, 1993-çü ildə isə doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru elmi adına layiq görülmüşdür. 1986-cı ildə dosent, 1995-ci ildə isə professor vəsifəsinə seçilmişdir. 1984-1990-cı illərdə Azərbaycan Texnologiya İnstitunun “Yeyinti istehsalı texnologiyası” fakultəsinin dekan müavini, 1991-1996-cı illərdə “ Biokimya” kafedrasının müdiri, 1997-ci ildən 2005-ci ilə qədər Azərbaycan Texnologiya Universitetinin “Qida məhsulllarının texnologiyası” fakültəsinin dekan vəzifəsində   işləmişdir. Hal-hazırda Ə.Ə.Nəbiyev Azərbaycan Texnologiya Universitetində “Qida məhsulları və ekspertiza” kafedrasının müdiri vəzifəsində çalışır. Professor    Ə.Ə.Nəbiyev qida məhsullarının biokimyası və texnologiyası sahəsində 400-ə yaxın elmi əsərin, bir neçə patentin, 10-dan çox metodik göstərişin, 5 dərs vəsaitinin, 5 dərsliyin müəllifidir. Rəhbərliyi ilə 20-dən çox doktorant fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. 30-dan artıq fəlsəfə və elmlər doktorluq dissertasiyaların müdafiəsində opponent olmuşdur. Çoxlu sayda dərsliklərin və dərs vəsaitlərinin elmi redaktorudur.

            2011-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və kənd təsərrüfatı sahələri üzrə ekspert şurasının üzvü olmuşdur.

1994-cü ildən YAP-nın üzvüdür.