Maşın mühəndisliyi və loqistika kafedrasının müdiri
(+994 22) 268 07 09 salam
n.asgerov@atu.edu.az
Əsgərov Namik Rza oğlu 19 noyabr 1947-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. 1954-1955-ci tədris ilində 6 №-li məktəbin 1-ci sinfinə daxil olub və 1965-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 1966-cı ildə Azərbaycan Politexniki İnstitutunun (indiki, Azərbaycan Texniki Universitetinin) mexanika fakültəsinin “Yeyinti sənayesinin maşın və aparatları” ixtisasına daxil olub və 1971-ci ildə həmin ixtisasın tam kursunu bitirib.
Universiteti bitirdikdən sonra göndəriş vərəqi ilə Saratov vilayətinin Bazarnı-Karabulak rayonuna gedib və orada Konserv Kombinatında mühəndis-mexanik vəzifəsində çalışıb. 25 noyabr 1973-cü ildə öz xahişi ilə işdən çıxıb Gəncə şəhərinə qayıdıb.
29 noyabr 1973-cü il tarixindən 29 noyabr 1979-cü il tarixinə kimi Gəncə şəhəri Çörək qənnadı istehsalat birliyində Komprosessor sexinin rəisi vəzifəsində çalışıb.
29 noyabr 1979-cu il tarixində müsabiqə yolu ilə Azərbaycan Texnologiya İnstitutunun (indiki, Azərbaycan Texnologiya Universitetinin)
“ Yeyinti istehsalının prosesləri və avadanlıqları” kafedrasında baş müəllim vəzifəsinə seçilib.
1984-1990-cı il tarixində “Yeyinti və Toxuculuq sənayesinin maşın və aparatları” kafedrasına assistent vəzifəsinə seçilib. 1990-1992-cı il illərdə Azərbaycan Texnologiya Universitetində dosent əvəzi, 1992-1993-cü il də Həmkarlar İttifaqının sədri, dosent, 1993-1994-cü ildə rektor əvəzi, 1994-2005-ci illərdə kafedra müdiri, 2005-2015-ci il fakültə dekanı, 2015-2022-ci il “Maşın mühəndisliyi və logistika” kafedrasında dosent, 2022-2024-cü illərdə “ Yüngül Sənaye Mühəndisliyi və logistika” fakültəsinin dekanı vəzifəsində çalışıb. 2024-cü ildən isə “Maşın mühəndisliyi və logistika kafedrası”nın müdiri vəzifəsinə seçilib.
30aprel 1988-ci ildə Elmi dissertasiya işini müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
03.03.2008-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunub.